Heç kəsə sirr deyil ki Təhsil və Səhiyyə sahəsində çalışan əməkdaşlar istehlak məqsədilə verilən nağd pul kreditlərinin əsas istehlakçılarındandır.Təhsil-Tibb qrupu müştəriləri bir qayda olaraq nizamlı ödənişləri və müsbət kredit tarixçələri ilə Bankların arzuolunan müştərilərindən hesab edilirlər. Banklar da öz növbəsində daima bu seqmentə aid olan müştərilər üçün bir sıra endirim kampaniyaları keçirməklə ziyalı təbəqənin məmnuniyyətini təmin edir. Bu endirim kampaniyaları əsasən müvafiq sahədə çalışanların peşə bayramlarına təsadüf edir.
Bildiyiniz kimi, 17 İyun – Səhiyyə işçilərinin peşə bayramıdır. Bu bayram ərəfəsində Azərbaycanda bir sıra Banklar səhiyyə sahəsində çalışan əməkdaşlar üçün nağd kredit kampaniyalar keçirdilər. Bu kampaniyaların bəzisi qısa müddətli (2-3 günlük) bəsizi isə uzunmüddətli (2-3 həftə) oldu. Hal-hazırda bu peşənin sahibləri 2 Bankın aktiv olan nağd kredit kampaniyasından faydalana bilərlər. Bunlar – Bank of Baku və BTB Bank dır. Kampaniya çərçivəsində nağd pul kreditlərinə şamil olunan endirimlər və onların standart şərtlərlə müqayisəsi ilə aşağıdakı cədvəldə daha ətraflı tanış ola bilərsiniz.
Bank | Bank of Baku | Bank BTB | |
Kampaniyanın son günü | 30.06.2017 | 15.07.2017 | |
Məbləğ | 10 000 AZN | 5000 AZN | |
Müddət | 24 ay | 36 ay | |
Faiz | Standart şərtlər | 26% – 32% | 32%-34% |
Kampaniya şərtləri | 25% – 29%
(3%-dək endirim) |
– | |
Komissiya | Standart şərtlər | 1% | 1% |
Kampaniya şərtləri | 0% | 0% | |
Digər güzəştlər | Standart şərtlər | Əmək haqqı tələbi minimum 300 AZN | 2000 AZN-dək zaminsiz |
Kampaniya şərtləri | Əmək haqqı tələbi minimum 200 AZN | 3000 AZN-dək zaminsiz |