13 C
Baku
Friday, April 19, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Bankların sahibkarlara təqdim etdiyi xüsusi məhsullar

Bankların sahibkarlara təqdim etdiyi xüsusi məhsullar

0
Bankların sahibkarlara təqdim etdiyi xüsusi məhsullar

Son 2 il ərzində bank sektorunda durğunluq dövrü kimi yadda qaldı. Bu dövr indilərdədə davam edir. Lakin ilin əvvəlindən qəbul edilən qərarlar, bankların sahibkarlığa olan marağını artdığını qisməndə olsun artırıb. Bu istiqamətdə diqqəti cəlb edən addımlardan biri, bankların bir qisminin bu sektor üzrə xüsusi məhsulların işlənib hazırlanmasını göstərmək olar.

Banker.az olaraq, bu dəfə  Banklarımızın Fərdi Sahibkarlar üçün nəzərdə tutulmuş kartlarının şərtlərini araşdırdıq. Banklarımız tərəfindən təqdim edilən debet kartlar içərisində “Mastercard Business” və “Visa Business” tipli kartlar  var. Bu kartlar əsasən şirkət rəhbərinin və ya şirktətin hansısa bir səlahiyyətli nümayəndəsinin adına olur. Bu kartın təyinatı müəssisənin əsas və təsərrüfat fəaliyyəti ilə əlaqədar ezamiyyət, nümayəndəlik xərclərin təşkili və nəzarətidir. Bu kartlar haqqında qısaca məlumat verməkdə məqsəd bizim araşdırmamızın bu tipli kartlar haqqında olmadığını vurğulamaqdır. Bizim araşdırmamız şirkətin və ya sahibkarın adına və VÖEN hesabına bağlı olan kartlar haqqındadır. Bu tipli kartlar şirkətlər və sahibkarlar üçün çox əlverişlidir. Beləki kartlar sahiblərinə Banka gəlmədən şirkət hesablarını idarə etməyə imkan verir və əlavə heç bir çek kitabçasına və ya digər vasitəyə ehtiyac qalmır. Kartların digər  üstünlükləri aşağıdakılardır:

  • Kartdakı vəsaitdən 7 gün 24 saat ATM və  POS vasitəsilə istifadə etmək imkanı
  • Online ödənişlərin həyata keçirilə bilməsi
  • Ölkə xaricində kartdan istifadə imkanı
  • Hesabın qalığın Mobil/ Internet Bankin vasitəsi ilə izlənməsi.
  • Avtomat Elektron Çıxarış vasitəsi ilə hesab üzrə keçirilmiş əməliyyatların izlənməsi imkanı.
  • Gömrük rüsumlarının ödənilməsi
  • Digər rüsumların ödənilməsi.

Araşdırma zamanı məlumumuz oldu ki, bu tip kartları təqdim edən Banklarımızın sayı cəmi 3-dür. Həmin Bankları və təklif etdikləri məhsulun tariflərini aşağıda diqqətinizə təqdim edirik:
[table id=481 /]

•“Biznesə 5D” layihəsinə qoşulmuş hüquqi şəxs və fərdi sahibkarların əməkdaşlarına digər güzəştli xidmətlər də təqdim olunur;
• myAccess xidmətinə ödənişsiz qoşulma;
• “Yığım” əmanətini 30 AZN-dən başlayaraq açmaq imkanı;
• AZN valyutasında 12-60 ay müddətinə açılan “Yığım” əmanətinin standart illik faiz dərəcəsinə 1%-in əlavə olunması;
• “Nağd” kredit və kredit kartlarını standart illik faiz dərəcəsindən 2% aşağı əldə etmək imkanı.