Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin mart ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb.
Banker.az xəbər verir ki, 17 kommersiya bankı qiymətləndirmədə iştirak edib. “Expressbank” 2,6 bəndlə yuxarı pillədə dayansa da, son bir ayda mövqeyni yaxşılaşdıra bilib. Öncəki ayda 3.36 bənd idi.
Ən az şikayət olunan bank “PAŞA Bank” ASC-dir.

“Müştərilər üzrə bazar payı” – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.
Şikayət indeksinin izahı: İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanmışdır.







