22 C
Baku
Sunday, June 23, 2024

Bankların təhsil kreditləri verməsi ilə bağlı stimula ehtiyacı var

Dünya ölkələrinin çoxunda bank tələbə əməkdaşlığı var. Belə ki, təhsil almaq istəyən tələbə bankdan aşağı faizlərlə kredit götürür. İş fəaliyyətinə başladıqdan sonra isə həmin krediti ödəyir.

Ölkəmiz də də “Təhsil kreditləri ilə bağlı” qanun layihəsi işlənib hazırlansa da hələ də qəbul olunmayıb”.

Qeyd edək ki, layihənin müəllifləri  parlamentin  İqtisadi siyasət daimi komitəsinin üzvü olan millət vəkilləri  Əli Məsimli və Vahid Əhmədovdur.

İqtisadi və Sosial İnkişaf  Mərkəzinin rəhbəri Vüqar Bayramov qanunun tətbiqinin vacibliyindən və gecikmənin səbəblərini danışdı.Təklif olunan kreditlərin faiz dərəcələrinin yüksək olması tələbələrə imkan vermir ki, kreditlərdən istifadə etsinlər. Bu da bəzi hallarda onların təhsil haqqının ödənilməsi ilə bağlı problemlərin yaşanmasına gətirib çıxarır. Bəzi hallarda problem yalnız təhsil haqlarının ödənilməsi ilə bağlı deyil, tələbələrin təhsil müddətini öz xərcləri ilə ödəməsində olur. Çünki, ümumiyyətlə, kreditlərin olmaması onlara bir sosial problemlər yaradır. O baxımdan “Təhsil kreditlər haqqında” qanunun qəbul edilməsinə böyük ehtiyac var. Məsələnin həlli yalnız qanunun qəbulu ilə yekunlaşmamalıdır. Eyni zamanda qəbul edilən qanunun işləmə mexanizminin olması müəyyənləşməlidir. İşləmə mexanizmi heç də qanunun icrasına nəzarət deyil. Məsələ ondan ibarətdir ki, təhsil haqqında qanun qəbul edildikdən sonra tələbələrə təklif edilən kreditlər güzəştli kreditlər olacaq. Kommersiya bankları isə aşağı faizlə uzunmüddətli güzəştli kreditləri verməkdə maraqlı deyillər. Ona görə də kommersiya banklarının stimullaşdırılmasına ehtiyac var. Qanunun qəbul edilməsi ilə yanaşı, büdcədən təhsil kreditlərinin maliyyələşdirilməsi üçün maliyyə resursları tətbiq edilməlidir. Bu, təhsil krediti verən banklara əlavə vəsaitlərin verilməsinə imkan yaradacaq. Yalnız bu halda kommersiya bankları bu cür kreditlərin verilməsində maraqlı ola bilərlər. Ona görə də maliyyələşmə mexanizminin tam və dəqiq müəyyənləşməsi oduqca vacibdir. Həmçinin kommersiya banklarına vergi güzəştlərinin tətbiq edilməlidir.

Banker.az ekspertlərinin təkliflərinə əlavə olaraq qeyd etmək istərdiki, təhsil kreditlərinin zamənat paketləri ilə bağlıda xüsusi mexanizmlərin işlənib hazırlanmasına ehtiyac vardır. Hazırda banklar tərəfindən təqdim edilən təhsil kreditlərinin 99% məhz valideynlərə verilmiş və ya onların zaminliyi ilə verilmiş kreditlərdir. Faktiki olaraq, tələbə bu prosesdə sadəcə ad olaraq istifadə edilir və bütün hüquqi məsələlər məhz valideynlə həll edilir. Xarici təcrübədə isə bu proses bir-başa tələbənin özü ilə aparılırki , buda məsuliyyətin məhz tələbə tərəfindən daşındığını sübuta yetirir .

Son xəbərlər
 ⁠
Digər xəbərlər