2 C
Baku
Sunday, December 15, 2024

Bankların təklif etdiyi seyflər və qiymətləri (SİYAHI)

Yanğın, zəlzələ və s. kimi fəlakətlər,  həmçinin oğruluq halları hər bir kəsi dəyərli əşyalarının təhlükəsizliyi baxımından narahat edir.  Qiymətlilərin təhlükəsizliyinin təmin edilməsi üçün Banklar tərəfindən müştərilərə icarə əsasında “Fərdi Bank Seyfləri” təklif edilir. Bu xidmətin əsas üstünlüklərindən biri, bəlkə də birincisi seyfdə saxlanılan əşyanın və ya sənədin təhlükəsizliyinin tam təmin edilməsidir. Bank seyfləri adətən bankın ən təhlükəsiz və ən ucqar hissəsində qurulur, zirehli divarla əhatələnir  və kompleks açarla bərkidilir. Həmçinin seyflərin yaxınlığında müasir siqnalizasiya sistemi də quraşdırılır. Bu xidmətin müştəri üçün digər üstün cəhəti isə seyfdə saxlanılan əşyanın və ya sənədin Bank tərəfindən qeydiyyata alınmamasıdır.  

Bu dəfəki  bazar araşdırmamız Respublikamızda fəaliyyət göstərən kommersiya Banklarının müştərilərinə təklif etdiyi seyflərin ölçüləri və icarə qiymətləri haqqındadır. Araşdırma nəticəsində ilk öncə məlumumuz oldu ki, bir çox banklarda seyflər əsasən Baş İdarə-lərdə ən yaxşı halda isə əlavə olaraq bir və ya bir neçə filialda quraşdırılmışdır. Bunun səbəbi, çox güman ki həmin struktur vahidlərində təhlükəsizlik tədbirlərinin  daha ciddi təşkil olunmasıdır. Seyflərin ölçülərinə gəldikdə isə, Bank tərəfindən açıqlanan müvafiq məlumat aşağıdakı formatda olur:

X sm *Y sm * Z sm

Burada,
X – seyfin hündürlüyü
Y – seyfin eni
Z – isə seyfin uzunluğu əks etdirir.

Banklar tərəfindən təqdim olunan məlumata əsaslansaq şahidi olarıq ki seyflərdə  “en” və “uzunluq” göstəriciləri əsasən sabit “hündürlük” isə  dəyişkən göstəricidir və seyfin icarə haqqı hündürlük ilə düz mütənasibdir. İcarə haqqı tarifləri bir çox hallarda 1 aylıq tarif şəklində əks olunur. Bəzi banklar isə təqdim etdikləri seyfləri daha uzun müddətə (əsasən 6 aya və 12 aya) icarəyə götürən müştərilərə aylıq icarə haqqına endirimlər tətbiq edir, bəzilərində isə bu xidmət haqqı icarə müddətindən asılı olmayaraq sabitdir.

Bankların təklif etdiyi depozit seyflərinin içərisində Azərbaycan  Beynəlxalq Bankın “avtomatlaşdırılmış” seyflərini xüsusilə qeyd etmək istərdik. Bu sistem müasir bankçılıq texnologiyalarının son nailiyyətlərindən sayılır. Bu sistem vasitəsilə bank əməkdaşının iştirakı olmadan ,tam təhlükəsiz və məxvi şəraitdə  qiymətliləri depozit seyflərinə yerləşdirmək, yaxud seyfdən geri götürmək mümkündür. Proses çox rahat və operativ şəkildə baş verir: müştəri xidmət kabinəsinə daxil olaraq müqavilə rəsmiləşdirilərkən ona verilmiş kartı və məxfi kodu sistemə daxil edir. Robot sifariş edilmiş depozit qutusunu qapalı zonadan müştərinin olduğu kabinəyə göndərir. Qutu müştəridəki açarla açıldıqdan və əməliyyat başa çatdırıldıqdan sonra sistem depozit qutusunu yenidən avtomatik şəkildə qapalı saxlancdakı yerinə qaytarır.

Banker.azın apardığı monitorinqin nəticəsi olaraq, aşağıdakı cədvəldə Banklarımız tərəfindən təqdim olunan seyflərin ölçüləri və onların icarə haqqları ilə daha ətraflı tanış ola bilərsiniz. 

Crack a Safe Step 29 Version 2

Caspian Development Bank ASC Konsolidasiya
Azərbaycan Sənaye Bankı ASC Xidmət mövcud deyil
Silk Vey Bank ASC Xidmət mövcud deyil
Expressbank ASC Xidmət mövcud deyil
TuranBank ASC Xidmət mövcud deyil
NBCBank ASC Xidmət mövcud deyil
Bank Melli İran Bakı filialı Xidmət mövcud deyil
Günay Bank ASC Xidmət mövcud deyil
Muğanbank ASC Saytda məlumat  yoxdur
Pakistan Milli Bankı NBP Bakı filialı Xidmət mövcud deyil
PAŞA Bank ASC Saytda məlumat  yoxdur
Ziraat Bank Azerbaycan ASC Xidmət mövcud deyil

 

 

Son xəbərlər
Digər xəbərlər