Bankların təklif etdikləri nağd pul kreditləri üzrə zaminlik tələbləri – SİYAHI

“İstədiyiniz kredit məbləğini əldə etməyiniz üçün Sizdən zamin tələb olunur” – bankların kredit məhsullarından faydalanan müştərilər ən azı 1 dəfə də olsa kredit mütəxəssisindən bu sözü eşidiblər. Zamin tələbi Banklar üçün kredit rikslərinin sığortalanması baxımından çox böyük əhəmiyyət kəsb etsə də, müştərilər üçün kabusa çevrilir.

Xüsusilə devalvasiyalardan sonra banklarda problemli kreditlərin həcminin artması səbəbindən bəzi kreditlər məhkəmə yolu ilə geri qaytarılırdı və bu zaman borcalanla bərabər zaminlər də məhkəməyə verilir və müvafiq tədbirlər görülürdü. Çox adam zamin qismində çıxış etməyin məsuliyyətini anlamır, lakin bir məqamı xatırlatmaq istərdik ki , borcalan və zamin öhdəliyin icrası baxımından qanun qarşısında eyni məsuliyyət daşıyırlar. Zamin tapmaq çox çətin bir proses olduğu üçün bəzən müştərilər ehtiyacları olduğundan daha az məbləği kredit götürməyə məcbur olurlar. Və ya zamin tələbləri daha yumşaq olan banklarda faiz və komissiyon haqqları daha yüksək olan kreditə müraciət edirlər. Bu mövzunun çox həssas mövzu olduğunu və kredit əldə etmək istəyən müştərilər üçün maraqlı ola biləcəyini düşünərək araşdırma etdik. Qeyd etmək istərdik ki, zaminlik tələbi şərtləri bankların reklamlarında adətən ən loyal formada əks edilir.

Yəni X Bankın saytında və ya hansısa xəbər portallarında gedən press-relizində “10 000 manata qədər zaminsiz” yazısı ilə rastlaşsanız heç də sevinməyin☺. Böyük ehtimalla bu şərt əmək haqqı məbləği nisbətən yüksək olan müştərilərə şamil edilir. Monitorinq qrupumuz bu araşdırmasında müvafiq zaminlik şərtlərini maksimum detallı şəkildə təhlil etməyə çalışıb. Qeyd edək ki, aşağıdakı cədvəldə olan məlumatların əksəriyyətini Bankların saytlarında və ya reklamlarında görə bilməzsiniz:

BankMaksimum kredit məbləğiZaminlik şərtləri
Amrahbank20 000 AZNKreditin məbləği 3000 AZN-dək olduqda zamin tələb edilmir.
Azər – Türk Bank20 000 AZNƏmək haqqı məbləğindən asılı olaraq dəyişir

600 AZN-dək olduqda – 3000 AZN zaminsiz

601 – 1500 AZN olduqda – 7000 AZN zaminsiz

1500 AZN-dən çox olduqda – 10 000 AZN zaminsiz

Bank of Baku20 000 AZNƏmək haqqı məbləğindən asılı olaraq dəyişir

500 AZN-dək olduqda – 3000 AZN zaminsiz

501 – 1000 AZN olduqda – 5000 AZN zaminsiz

1001 – 2500 AZN olduqda – 7000 AZN zaminsiz

2500 AZN-dən çox olduqda – 15 000 AZN zaminsiz

Bank BTB10 000 AZNKreditin məbləği 3000 AZN-dək olduqda zamin tələb edilmir.
Bank Respublika10 000 AZNƏmək haqqı məbləğindən asılı olaraq dəyişir

400 AZN-dək olduqda – 1000 AZN zaminsiz

401 – 1000 AZN olduqda – 2000 AZN zaminsiz

1001 – 2000 AZN olduqda – 3000 AZN zaminsiz

2000 AZN-dən çox olduqda – 5 000 AZN zaminsiz

Bank VTB10 000 AZNKreditin məbləği 3500 AZN-dək olduqda zamin tələb edilmir.
Express Bank20 000 AZNƏmək haqqı məbləğindən asılı olaraq dəyişir

1000 AZN-dək olduqda – 5000 AZN zaminsiz

1000 AZN-dən çox olduqda – əmək haqqının 7 misli zaminsiz

Unibank20 000 AZNKreditin məbləği 15 000 AZN-dək olduqda zamin tələb edilmir.
Rabitə Bank15 000 AZNƏmək haqqı məbləğindən asılı olaraq dəyişir

1000 AZN-dək olduqda – 3000 AZN zaminsiz

1000 AZN-dən çox olduqda – 5000 AZN zaminsiz

Nikoil Bank30 000 AZNKreditin məbləği 5 000 AZN-dək olduqda zamin tələb edilmir.
Kapital Bank20 000 AZN
  • Yeni müştərilər üzrə – 4000 AZN zaminsiz;
  • B kateqoriyalı müştərilər üzrə – 5000 AZN zaminsiz;
  • A kateqoriyalı müştərilər üzrə – 6000 AZN zaminsiz;
  • Əmək haqqı məbləğindən və kənar banklarda olan öhdəliklərdən asılı olaraq 20 000 AZN-dək məbləğləri zaminsiz əldə etmək mümkündür.
Turan Bank10 000 AZNKreditin məbləği 2 000 AZN-dək olduqda zamin tələb edilmir.
NBC Bank15 000 AZNKreditin məbləği 5 000 AZN-dək olduqda zamin tələb edilmir.