19 C
Baku
Sunday, April 14, 2024

Bankların və BOKT-ların kredit portfeli 4,5%, istehlak kreditləri 11% artıb – 10 aya

2018-ci il oktyabrın 31-nə olan vəziyyətə görə, yanvar-oktyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 4,5% – 12 mlrd. 281,3 mln. manatadək artıb. Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Noyabrın əvvəlinə vaxtı ötmüş kreditlərin həcmi 1 mlrd. 698,6 mln. manat (yanvar-oktyabr ayları ərzində artım 4,4%) və ya bütün kreditlərin 13,8%-ni təşkil edir.

Oktyabrın 31-nə dövlət payına malik olan banklar tərəfindən 1 mlrd. 862,2 mln. manat (azalma 2,8%) və ya bütün kreditlərin 15,2%-i, özəl banklar tərəfindən 10 mlrd. 27 mln. manat (artım 6,4%) və ya bütün kreditlərin 81,6%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.

Noyabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 7 mlrd. 639,6 mln. manat (artım 9,9%) milli valyuta, 4 mlrd. 641,7 mln. manat (azalma 3,4%) xarici valyuta ilə verilib. Oktyabr ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 37,8% (2017-ci ilin sonuna 40,8%) təşkil edir.

2018-ci il oktyabrın 31-nə bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 65,9 mln. manat (bütün kreditlərin 16,8%-i) ticarət və xidmət sahələrinin, 275,5 mln. manat (2,2%) energetika, kimya və təbii sərvətlər sektorunun, 468,1 mln. manat (3,8%) kənd təsərrüfatı və emal sahələrinin, 375,6 mln. manat (3,1%) tikinti və daşınmaz əmlak sahələrinin, 687,4 mln. manat (5,6%) sənaye və istehsal sektorunun, 1 mlrd. 289 mln. manat (10,5%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 106,6 mln. manat (41,6%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-oktyabr aylarında bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 10,9% artıb.

İnterfaks (AZ)

Son xəbərlər
Digər xəbərlər