21 C
Baku
Friday, July 1, 2022

Bankların valyutadəyişmə əməliyyatlarına nəzarət üçün xüsusi monitorinq qrupu yaradılıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) özünün mandatı çərçivəsində banklara davamlı və hərtərəfli nəzarət həyata keçirir.

APA-in sorğusuna cavab olaraq Palatadan bildirilib ki, bankların valyutadəyişmə əməliyyatlarının müəyyən olunmuş qaydalar çərçivəsində həyata keçirilməsinə nəzarət məqsədi ilə MBNP tərəfindən xüsusi monitorinq qrupu yaradılıb: “Yaradılmış monitorinq qrupu mütəmadi olaraq valyuta dəyişmə əməliyyatları aparan bank filial və şöbələrində monitorinqlər həyata keçirilir.

Müəyyən olunmuş 4%-lik marja prinsipindən kənarlaşma müşahidə olunduğu və ya valyuta mübadiləsi ilə bağlı hər hansı bir qayda pozuntusu yarandığı təqdirdə bu barədə bank rəhbərlərinə məlumatlar verilir və bu problemlər operativ şəkildə aradan qaldırılır”.

Son xəbərlər
Oxşar xəbərlər