9 C
Baku
Friday, December 13, 2024

Bankların xalis mənfəəti yarım milyardı ötdü

Azərbaycanın bank sektoru cari ilin ilk 11 ayı ərzində 548.1 mln. manat həcmində xalis mənfəət edib.

Banker.az Azərbaycan Mərkəzi Bankının statistik rəqəmlərinə istinadən xəbər verir ki, bankların 2020-ci ilin yanvar-noyabr ayları üzrə faiz gəlirləri 1 milyard 759.3 milyon manat olub. Bunun da 1 milyard 393.6 milyon manatı kreditlərdən daxil olan gəlirlərdir.

Banklar 451.2 milyon manat faiz xərci çəkib, 590.8 milyon manat qeyri-faiz gəliri əldə edib, 1 milyard 93.1 min manat qeyri-faiz xərci çəkib, bununla da bankın əməliyyat mənfəəti 742.3 milyon olub.

Son xəbərlər
Digər xəbərlər