Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi martdan bu tərəfə ilk dəfə artıb.
Banker.az xəbər verir ki, 1 dekabr tarixinə bankların xarici öhdəliklərinin həcmi 1 milyard 239.5 milyon manat olub.
Bu isə öncəki ayda 1 milyard 230.2 milyon manat idi.
Qeyd edək ki, cari ilin martında bankların xarici öhdəliklərinin həcmi 2 milyard 79.6 milyon manata yüksəldikdən sonra oktyabra qədər hər bir ayda eniş baş vermişdi.
1 dekabr tarixinə Azərbaycan banklarının xalis xarici aktivlərinin həcmi 3 milyard 590 milyon manatdır.






