Bankların xarici öhdəliklərində artım müşahidə edilir

Azərbaycan banklarının xarici öhdəlikləri artıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının kommersiya banklarının analitik balansına dair statistik rəqəmlərində deyilir.

1 mart 2020-ci il tarixində bankların xarici öhdəliklərinin həcmi 1 milyard 739,9 milyon manat təşkil edib. Bu da öncəki ayla müqayisədə 8,5%, illik müqayisədə isə 4,3% artım olmasıı deməkdir.

Ümumilikdə isə kommersiya banklarımızın xalis xarici aktivləri 4 milyard 597,6 milyon manat təşkil edib ki, bu da öncəki aylaq müqayisədə 11,2%, illik isə 11% azalmalı olub.

Hesabat dövrünə bankların 10 milyard 316,8 milyon manatlıq xarici valyutada depozit, 8 milyard 707,9 milyon manat isə milli valyuta- manatda depozitlər vardır.