Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.
Belə ki, ilin əvvəlinə nəzərən xarici öhdəliklərin həcmi 271.2 mln. manat artaraq 1 milyard 334.4 mln. manat təşkil etmişdir.
“Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır” – deyə, Mərkəzi Bank bildirir.