6 C
Baku
Wednesday, March 4, 2026

Bankların xarici öhdəlikləri martdan bu tərəfə ilk dəfə artmağa başladı

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi martdan bu tərəfə ilk dəfə artıb.

Banker.az xəbər verir ki, 1 dekabr tarixinə bankların xarici öhdəliklərinin həcmi 1 milyard 239.5 milyon manat olub.

Bu isə öncəki ayda 1 milyard 230.2 milyon manat idi.

Qeyd edək ki, cari ilin martında bankların xarici öhdəliklərinin həcmi 2 milyard 79.6 milyon manata yüksəldikdən sonra oktyabra qədər hər bir ayda eniş baş vermişdi.

1 dekabr tarixinə Azərbaycan banklarının xalis xarici aktivlərinin həcmi 3 milyard 590 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər