14 C
Baku
Friday, November 15, 2024

Bankların xarici öhdəlikləri yanvarda azalıb

Azərbaycanda bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən yanvar ayında 102 mln. manat azalsa da, illik müqayisədə yuxarıdır.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat müddətinin sonuna xarici öhdəliklər 2 mlrd. 496.1 mln. manat təşkil edib.

Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.

2023-cü ilin əvvəlində bankların xarici öhdəliklərinin həcmi 1 mlrd. 815 mln. manat idi.

Son xəbərlər
Digər xəbərlər