9 C
Baku
Thursday, December 12, 2024

Bankların xarici öhdəliklərinin həcmi bir qədər də kiçilib

Azərbaycanda kommersiya banklarının xarici öhdəliklərinin həcmi 1.22 mlrd. manata düşüb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının  yanvar 2021-ci il tarixinə olan statistik rəqəmlərinə istinad edir.

Bu da kommersiya banklarının xarici öhdəliklərinin son bir ayda 18.8 mln manat (1.5%) azalma, illik müqayisədə isə 424.9 mln manat (25.8%) azalma deməkdir.

Bankların xalis xarici aktivlərinin həcmi 4.07 mlrd, məcmu xarici aktivlərin həcmi isə 5.51 mlrd manat təşkil etmişdir.

Mərkəzi Bankın hesabatına görə, ölkə iqtisadiyyatına tələblər 14.93 mlrd manatdır. Burada, faizlər və banklararası kreditlər daxil olmaqla, yaradılmış ehtiyatlar çıxılmaqla hesablanır.

Qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri  daxil olmadan manatla depozitlərin həcmi 9.52 mlrd, xarici valyutada depozitlərin həcmi isə 8.88 mlrd olub.

Son xəbərlər
Digər xəbərlər