Azərbaycanda bank sektorunun depozit portfelinin həcmi 20 milyard 288.5 milyon manata düşüb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 31 yanvar 2021-ci il tarixinə olan icmal göstəricilərinə istinadən xəbər verir.
Bu isə son bir ayda 434.4 milyon manat, yaxud 2.1% azalmadır.
Depozitlərin 8 milyard 79.6 milyon manatı fiziki şəxslərin depozitləri, 12 milyard 208.9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir.
Son bir ayda fiziki şəxslərin depozitləri 0.43% (34.9 mln nabat) artıb, hüquqi şəxslərin depozitləri isə 3.7% (469.4 mln manat) azalmışdır.
Qeyd edək ki, 1 fevral tarixinə sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin həcmi 123.3 milyon manatdır.