Bir çoxlarının sevimli bayramı olan Yeni İl yaxınlaşdıqca,artıq hər yerdə endirimlər və ya kampaniyalar ilə qarşılaşırıq. Banklarımız da əhaliyə yeni il hədiyyəsi olaraq kampaniyalara start verib.
Aşağıda bütün kampaniya həyata keçirən banklar haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Kapital Bank -“İlin fürsəti”
30 dekabr tarixinə qədər Kapital Bank nağd pul kreditlərinin komissiya faizlərini 3 dəfəyə qədər azaldıb. Kampaniya dövründə kreditin rəsmiləşdirilməsinə görə komissiya faizləri müddətdən asılı olaraq 12 aya görə 3%-dən 1%-ə, 24 aya görə 5%-dən 2%-ə, 36 aya görə 6%-dən 3%-ə qədər azaldılıb. Nağd pul krediti üçün müddət 36 ayadək maksimum məbləğ isə 10.000 manata qədərdir.
Para Bank – İndi al, Yeni ildə ödə
Para Bank, Sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə Yeni il münasibətilə yeni, Hədiyyəli kredit məhsulunu təqdim edir. Kredit üçün ayrılan maksimal məbləğ 100 000 AZN, maksimal müddət 60 ay, güzəşt müddəti isə 6 ayadəkdir. Məhsulun digər önəmli üstünlüyü isə ilk 2 ay ərzində faizlər sizə hədiyyə olunmasıdır. Həmçinin siz banka heç bir ödəniş etməyəcəksiniz.
Bank standard – “Pul ən yaxşı hədiyyədir”
Bank Standard-ın “Pul ən yaxşı hədiyyədir” kampaniyasına qoşularaq siz dekabrın 1-dən 30-dək 0 % komissiya ilə kredit əldə edə biləcəksiniz. Həmçinin kreditin ödənişini iki aydan sonra etməyiniz mümkündür. Bankın kredit üçün ayırdığı maksimum məbləğ 5000 AZN, maksimum müddət 36 ay, faktiki illik faiz dərəcəsi isə 26%-dir. Üstəlik, əgər siz əmək haqqınızı Bank Standard-dan alırsınızsa, o zaman sizdən kredit almaq üçün iş yerindən arayış tələb olunmayacaq.
Bank BTB – 0% komissiya
Bank BTB yeni ilin gəlişi münasibətilə kredit məhsulları üzrə endirim kampaniyası keçirir. Dekabr ayında kredit üçün müraciət edən şəxslər xüsusi komissiya ödəyərək 0% illik faiz dərəcəsi ilə əvvəlkindən daha sərfəli kredit əldə edə bilərlər.
Expressbank – “Qış Möcüzəsi”
Expressbank Visa ilə birgə “Qış Möcüzəsi” aksiyasına başlayıb. Aksiya 20 mart 2015-ci il tarixinədək davam edəcək. Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biləcəklər.
NBC Bank – Hədiyyə kart
30 dekabr tarixinədək “Yeni il” bayramı ilə əlaqədar olaraq NBC Bank-a müraciət edən istənilən şəxsə “Visa Gold” plastik kartı hədiyyə olunacaq. Bunun üçün həmin şəxslər yalnız şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına müraciət edərək plastik kartını əldə etmək üçün müraciət edə bilərsiniz.
DəmirBank – “Komissiyasız Yeni İl”
DəmirBank yeni il münasibətilə “Komissiyasız Yeni İl” aksiyasına başlayıb. Aksiyanın şərtlərinə görə 10 min manat məbləğinə qədər mikro və ya istehlak kredit məhsullarını əldə etmək istəyən müştərilərə rəsmiləşdirmə və nağdlaşdırma üzrə komissiya tətbiq edilməyəcək. Aksiya çərçivəsində isə yalnız bir kredit məhsulundan faydalana bilərsiniz.
“Komissiyasız Yeni İl” aksiyası 31 yanvaradək davam edəcək.
Həmçinin, DəmirBank təqdim etdiyi DəmirTaksit kartı üzrə nağdılaşdırma limitini dekabrın 28-dən ləğv edəcək. Bu limitin aradan qaldırılması sizə kartdakı məbləğin 100 faizini nağlaşdırmaq imkanı verəcək.
YapıKredi Bank Azərbaycan
YapıKredi Bank 5-30 Dekabr tarixləri arasında Fərdi İstehlak krediti üçün kampaniya elan edib. Kampaniya çərçivəsində Bank maksimum 10 000AZN təşkif edir. Kreditin müddəti 36 ay faktiki illik faiz dərəcəsi isə 23.33%-32.24- dir.
Unibank
Unibank kartı olan ALBALI PLUS / ALBALI məhdudiyyətsiz Yeni il aksiyasına başlayıb. Bu aksiya sizə Yeni il hədiyyəsi almağa imkan verəcək. Belə ki, dekabrın 15-dən Yanvarın 5-dək hər 1 taksitli alış-verişə Unibank-dan əlavə 1 taksit, 3 və daha yuxarı taksitlilər üçün isə əlavə 3 ay daha uzun müddətə ödəmək imkanı hədiyyə ediləcək. Qeyri- partnyor mağazalarda aparılan əməliyyatlara da əlavə 3 taksit hədiyyə olunacaq.
Həmçinin, Unibank digər bir kampaniyaya start verərək, işindən asılı olmayaraq, bütün sahələrdə çalışan vətəndaşlara 30 dekabr tarixinədək, bütün nağd kreditlər üzrə tətbiq olunan komissiya haqqını 0%-ə endirib.
Bank of Baku
“Bank of Baku” Bolkart sahibi üçün Yeni il kampaniyasına start verib. Bankın təqdim etdiyi alış-veriş kampaniyası üç üstünlükdən ibarətdir və standart taksitlərə əlavə ödəmə müddətlərini nəzərdə tutur. Beləliklə, 15 dekabr 2014 – 5 yanvar 2015-ci illər arası
Bolkartla alış-veriş edənlər aşağıdakı üstünlükəri qazanacaq:
- “1 aya ödə” müddətli partnyor mağaza və ticarət mərkəzlərində alış-veriş etdikdə, 2 ay sonra, yəni 10 fevral 2015-ci ilədək ödəmə fürsəti;
- Xarici ölkələrdə, o cümlədən xarici internet saytlarda, alış-verişedən Bolkart MasterCard sahibləri, 1 ay əvəzinə, 2 ay sonra, yəni 10 fevral 2015-ci ilədək ödəmə imkanı əldə edəcək;
- “3, 6 və 12 aya ödə” partnyorlarındaalış-veriş etdiyiniz zaman + 3 ay hədiyyə qazanacaqsınız. Yəni siz, müvafiq olaraq 3 aylıq ödəməni 6 aya, 6 aylıq ödəməni 9 aya, 12 aylıq ödəməni isə 15 aya həyata keçirə biləcəksiniz.
Bank of Baku Yeni il münasibətilə kiçik sahibkarlıqla məşğul olan şəxslər və bütün peşə sahibləri üçün də güzəştli nağd pul kredit kampaniyası elan edir. Kreditləşmə kampaniyası iki mühüm üstünlükdən ibarət olacaq. Bu üstünlüklər isə illik faiz dərəcəsinin 3%-dək endirilməsi və ilk ayların və ya müştərinin seçdiyi fərqli dövrün ödəniş məbləğinin azaldılmasıdır.
Access Bank
Access Bank isə daha fərqli kampaniyaya start verib. Kampaniyanın şərtlərinə görə 28 Mall TM-də yerləşdirdiyimiz qutuya AccessBank-a Yeni İl arzusunu yazan və bank tərəfindən ən çox bəyənilən arzunun sahibinə hədiyyə veriləcək.
Bank tərəfindən 3 qalib müəyyən olunacaqdır.
1-ci yerin qalibi – İstanbulun Hilton Bomonti otelinə 2 nəfərlik 3 günlük səyahət paketi;
2-ci yerin qalibi – Apple iPad Mini Retina 32GB 4G
3-cü yerin qalibi – Samsung Galaxy S Duos 2 telefon
Arzularınızı dekabr ayının 29-dək paylaşa bilərsiniz. Qaliblərin adları dekabr ayının 30-da saat 13.00-da açıqlanacaq.
Nikoil Bank – “Yubiley Əmanəti” aksiyası
Nikoil Bank isə “Yubiley Əmanəti” ilə bağlı aksiyaya start verib. Aksiyada 20 noyabr- 15 yanvar tarixlərində minimal məbləği 1000ş.v. olan, AZN, USD, AVROda açılmış bütün yeni və o cümlədən bu aralıqda müddəti uzanan əmanətlər iştirak edəcəkdir. Uduş fondu 27 yanvar 2015-ci ildə Nikoil Bankın Baş ofisində oynanılacaqdır. Qaliblərə Toyota Corolla avtomobili və 20 ədəd smartfon hədiyyə olunacaq.
Kampaniyalar ilə tanış olduqdan sonra sizə uyğun olan bankı seçin və təqdim olunan kampaniyadan faydalanın.