5 C
Baku
Friday, February 27, 2026

Banklarında son ayda əhali depozitlərinin azalmasının səbəbi məlum oldu

Azərbaycanda fiziki şəxslərin banklardakı depozitləri 2026-cı ilin yanvar ayında öncəki ayla müqayisədə 0.1% azalaraq 16,324 mlrd. manatdan 16,306 mlrd. manata düşüb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Azalmaya səbəb tələbli depozitlərdir. Tələbli depozitlər dekabrda 6,008 mlrd. manat olduğu halda, yanvarda 5,830 mlrd. manata düşüb. Bu, aylıq 178 mln. manat və ya təxminən 2.96% azalma deməkdir. Lakin illik müqayisədə 2025-ci ilin yanvar ayı ilə (5,639 mlrd. manat) müqayisədə göstərici 191 mln. manat və ya 3.4% artıb.

Məlumatlara görə, müddətli depozitlər 2025-ci ilin dekabrında 10,316 mlrd. manat səviyyəsində olduğu halda, 2026-cı ilin yanvarında 10,476 mlrd. manata yüksəlib. Aylıq artım 160 mln. manat və ya təxminən 1.55% təşkil edir. İllik müqayisədə isə 2025-ci ilin yanvar ayı ilə (öncəki ilin eyno dövrü 8,747 mlrd. manat) müqayisədə artım 1.729 mlrd. manat və ya təxminən 19.8% olub.a3 scaled

Son xəbərlər
Digər xəbərlər