Cümə günü Vergilər Nazirliyi ölkənin bank birliyi ilə elektron ticarət sahəsində vergitutma mexanizmini müzakirə edəcək. Bu barədə Vergilər NazirliyiVergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bu gün mətbuat konfransında bildirib.
“Cümə günü nazirlik Azərbaycan Banklar Assosiasiyası və bankların nümayəndələri ilə görüş keçirəcək. Görüşdə elektron ticarət sahəsində vergitutmaya dair məsələlər müzakirə olunacaq”, – deyə S.Musayeva qeyd edib.
Vergi Məcəlləsi və “Elektron ticarət haqqında” qanuna düzəlişlərə əsasən, xaricdə həyata keçirilən onlayn alışlara Azərbaycanda ƏDV tətbiq olunacaq. Vergini yalnız alıcı ödəyəcək. “Bu düzəliş mallara deyil, yalnız xidmət və işlərin alışına aiddir”, – deyə S.Musayeva əlavə edib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov isə bildirib ki, nazirlikdə Elektron ticarətə nəzarət şöbəsi yaradılıb.
Azərbaycanda ƏDV üzrə dərəcə 18% təşkil edir.