Pulların yaranma dövründən bu günə qədər valyuta emitentləri ilə saxta pul zərb edənlər arasında mübarizə gedib. Müasir banknotlarda ən mürəkkəb müdafiə elementləri istifadə olunur. Onlardan bəzilərini yoxlamaq üçün xüsusi texniki avadanlıqlar tələb olunur. Bu müdafiə elementləri insan iştirakı olmadan bankların kassa qovşaqlarında, ödəmə terminallarında və avtomatlaşdırılmış nağd hesablayıcılar istifadə olunan digər mərkəzlərdə yoxlanılır.
Müasir valyutalarda həm insan tərəfindən oxuna bilən, həm də yalnız maşınlarla oxunan müdafiə elementləri əhatə olunur. Adi insan gözü ilə görünə bilən və ya toxunmaqla hiss edilən müdafiə elementləri birinci qrupa daxil edilir. Onlar avtomatik yoxlanmaya uyğun gəlmir, həmçinin də adi insan nəzərləri ilə normal işıq selində seçilməyən və ya yalnız xüsusi cihazlarla oxuna bilən müdafiə elementləri ikinci qrupa aid edilir.
İnsan tərəfindən oxuna bilən müdafiə elementləri əsasən aşağıdakılardır:
- su nişanı – işığa tutduqda kağızın müxtəlif sıxlığa malik hissələrində görünür;
- Mikro-möhür – emitentin və ya kupyuranın nominalının açıqlamasını əks etdirən xırda simvollar;
- Qoruyucu tel – kağızın qalınlığına yeridilmiş polimer və ya metal lent
- Mikroperforasiya (dəliklər)- lezerlə deşilmiş xırda, bərabər, eyni ölçülü dəliklərdən ibarət təsvir və ya yazı
- Qoruyucu liflər – kağız kütləsində müxtəlif rəngli liflər
- Qabarıq möhürlər -əllə toxunduqda hiss edilən yazılar və təsvirlər
- Uyğunlaşdırılmış təsvirlər – şəklin elementləri, banknotun ayrı-ayrı tərəflərində təsvir olunub, bütöv təsvir işığa tutduqda görünür;
- Kipp-effekt – banknotların kənar uclarında kələ-kötür təsvir və ya yazıların istifadə olunması, onları iti bucaq altında baxdıqda görmək olur;
- Folqa (zərvərəq) ilə naxışlama – presslənmiş metal folqadan istifadə etməklə müxtəlif rəsmlərin təsviri
- Xüsusi möhür- rənglərini dəyişən, olduqca nazik, arasıkəsilməz xətlərdən istifadə
- Optik dəyişən boya – baxış bucağından asılı olaraq rəngini dəyişir
- Muar zolaqları – müxtəlif rəngli, dalğavarı zolaqlar, kupyuranı əydikdə görmək mümkün olur ;
- holoqrama – banknotu büzdükdə və ya qatladıqda təsvirlərdə dəyişiklik baş verən üçölçülü təsvir.
Maşınla oxunan elementlər:
- qabarit ölçülər – kənar predmetləri, yad cisimləri, banknot qırıqlarını, hissə-hisə yığılmış pulları və ya bir-birinə yapışmış valyutaları çıxdaş etməyə imkan verir;
- görünən təsvir – obraz skan etmə prosesində, əks olunan və ya keçici işıqda formalaşır,
- infraqızrmızı təsvir –xüsusi metamer boyalarla tərtib olunmuş, validasiya təsviri.
- Ultrabənövşəyi nişanlar – lüminoforlar vasitəsi ilə vurulur, bunlar yalnız ultrabənövşəyi şüalar ilə işıqlanma zamanı görünür;
- Maqnit nişanlar – maqnit xüsusiyyətlərinə malik xüsusi boyalardan istifadə;
- Xüsusi “İ” elementi – antistoks lüminoforu tərəfindən vurulur, infraqırmızı şüalanma zamanı spektrin yaşıl rənginə boyanır;
- Xüsusi “М” elementi – infraqırmızı spektrin müxtəlif sahələrində fərqli udma əmsalına malik boyalardan istifadə;
Əlbəttə ki, banknotların mövcudluğu məxfi saxlanılan müdafiə elementləri də mövcuddur, bu barədə məlumatlar dərc olunmur. Bu əlamətlər əsasında validasiyanı yalnız mərkəzi banklar və ya valyuta emissiyası səlahiyyətinə məlik digər orqanlar həyata keçirir.