6 C
Baku
Saturday, December 14, 2024

“Bankoff”dan xidmətin bərpasına dair açıqlama

“Bankoff” şirkəti xidməti bərpa etmək üçün servis provayderlərlə danışıqlar aparır. Bunu şirkətin rəhbəri Elmir Əliyev deyib.

Onun sözlərinə görə, “Bankoff” ABŞ-da qeydiyyatdan keçən və bu ölkədə fəaliyyət göstərən şirkətdir. Müştərilərinin yalnız 0,4%-i Azərbaycandandır.

““Bankoff”da kart xidmətlərinin göstərilməsi avtomatlaşdırılmışdı və nəticə etibarı ilə biz istifadəçilər qeydiyyatdan keçərkən onların hansı regiondan olmasını yoxlamadan xidmətləri avtomatik təqdim edirdik. Bu səbəbdən hər hansı regiona spesifik limitlərimiz mövcud deyildi. Biz hazırda servis provayderlərlə danışıqlar aparırıq və servislərimizi bərpa etmək üçün əlimizdən gələni edirik”, – deyə Elmir Əliyev qeyd edib.

Xatırladaq ki, bu günlərdə “Visa” və “Stripe” ödəniş sistemləri “Bankoff” virtual kartlarına xidmətin dayandırıldığını elan ediblər. Buna səbəb Rusiyadan aktiv istifadəçi və tranzaksiyaların sayının çox olması göstərilib. Hazırda “Bankoff” kartları heç bir köçürmə üçün dəstəklənmir və müştəri vəsaitləri ABŞ hesablarında dondurulur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər