13 C
Baku
Sunday, April 14, 2024

Bankomat qarşısında növbələrin qarşısını necə almaq olar?

“Pul vəsaitləri hesaba yatırılan kimi, Azərbaycan vətəndaşları bir an öncə pullarını bankomatdan çıxarmaq üçün növbəyə dururlar. Müşahidələrə görə, onlar pullarının hamısını nağdlaşdırırlar. Lakin həm vətəndaşların, həm də bankların təhlükəsizliyi nöqteyi-nərəzindən pulların kartda uzun müddət qalması məqsədəuyğun olardı”. Bunları “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin eksperti Samir Əliyev qeyd etmişdir. Onun fikrinə görə, bu məqsədlə ilk növbədə vətəndaşların məlumatlılığını artırmaq laızmdır.

Samir Əliyev: “Vətəndaşlarda belə bir fikir formalaşıb ki, kartda qalan məbləğ təhlükə altındadır. Bankomatı yararaq onları oğurlaya bilərlər. Bununla əlaqədar olaraq, bir faktı yadda saxlamaq laızmdır ki, pullar bankomatda deyil, sizin şəxsi hesabınızdadır. Digər bir tərəfdən isə bankomatdan əksərən az gəlirlərə sahib olan insnalar istifadə edir. Əsasən bank kartlarına müəllimlər, təqaüdçülər və sosial müavinət əldə edən insanlar sahibdirlər. Məlumdur ki, onlar da elə böyük məbləğ əldə etmirlər. Buna görə də, vəsait onların hesabına yatırıldıqda onlar vacib tələbatlarını ödəmək üçün tez bir şəkildə pullarını əldə etməyə çalışırlar. Bununla əlaqədar, bank kartları ilə həyata keçirilən əməliyyatların 90%-nin nağdlaşdırma ilə bağlı olması təəccüblü hal deyil. Əgər adı yuxarıda sadalanan kateqoriyaya mənsub insanların gəliri çox olsaydı, məsələn, min – 2 min, onlar bu məbləğin 300-400 manatını nağdlaşdırar, qalan məbləği isə hesabda saxlayardı. Buna görə də, hökumət əhalinin gəlirlərinin artırılması ilə bağlı tədbirlər həyata keçirməlidir.

O həmçinin bildirmişdir ki, vətəndaşların öz vacib tələbatlarını əldə etdikləri yerlərdə post-terminallar quraşdırılmalıdır. Məsələn, Azərbaycan vətəndaşı çörək almaq üçün hansı mağazada bank kartından istifadə edir? Bank kartı ilə çörəyi yalnız böyük supermarketlərdən əldə etmək mümkündür. Bununla əlaqədar, bu tələbatlar üçün əsasən nağd vəsaitlər istifadə edilir. Digər tərəfdən isə Azərbaycanda post-terminalların sayı o qədər də çox deyil və yaxud qeyri-bərabər paylanıb. Məsələn, kənd yerlərində post-terminalların quraşdırıldığı mağazalar elə də çox deyil. Belə olduqda isə, kənd sakini bank kartından necə başqa məqsədlərlə istifadə edə bilər? Bu cəhətdən lazımi infrastrukturu yaratmaq mütləqdir.

Qeyd etmək lazımdır ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2013-cü ildə əhalinin gəlirləri 8,0% artmış və 37,6 milyard manat təşkil etmişdir. Adambaşına düşən gəlir bir il üçün 4,039 min manat, yaxud bir aya 336 manat təşkil etmişdi. Adambaşına düşən gəlirlərin artımı istehlak qiymətlərindəki artımı 4,2 faiz qabaqlamış və 6,6% təşkil etmişdir. Bununla yanaşı, əhalinin gəlirlərinin 64,3%-i istehlaka, 8,3%-i vergilərin ödənməsinə, sosial-sığorta və üzvlük haqlarına, 1,8%-i vergi faiz dərəcələrinin ödənməsinə, 25,6%-i kapitalın artımına və yatırımlara istiqamətlənmişdir. Bununla əlaqədar belə bir nəticəyə gəlmək olur ki, əhalinin gəlirlərinin 24,17 milyard manatı istehlak məhsullarına ödəmək üçün cəlb olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.