11 C
Baku
Monday, November 25, 2024

Bankomat yandı

İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın rayonun Lahıc kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ərzaq mağazasında baş verib.

Nəticədə mağazanın rəfi 1 kv.m sahədə və mağazada yerləşdirilmiş bankomatın elektrik naqilləri yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər