Son günlər bankomatlarla bağlı əhalinin bəzi problemlərlə qarşılaşdığının şahidi oluruq. son zamanlar bankomatlarda pul olmaması və yaxud bir çox növbələrin olmasını müşahidə olunur.
Müasir dövrümüzdə hər kəs pul yığmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bəziləri bankların təqdim etdikləri depozitlər sayəsində pulunu yığır, bəziləri isə pulunu öz evində saxlayır. Lakin bundan əlavə olaraq, pul yığmaq üçün əhali öz pullarını elə maaş aldıqları əməkhaqqı kartında saxlayırlar olur. Yəni bir müddət pullarını çıxarmayaraq, öz vəsaitlərini yığırlar. Əgər kartınız əməkhaqqı kartıdırsa, o zaman nağdlaşma zamanı heç bir komissiya haqqı ödənilmir.
Təbii ki, bankomatdan pul çəkdiyimiz zaman ilk problem elə qarşılaşdığımız növbələrdir. Bir müddət növbə gəlib çatdığı zaman növbəti bir problemlə qarşılaşırıq. Kartınızdan pul çıxarmaq üçün bankomatda vəsait qalmadığını öyrənirsiniz. Çünki, banklar texniki cəhətdən bankomatları daimi dolu saxlamağa çatdırmaqda çətinlik çəkirlər .
Nəzərinizə çatdıraq ki, bankomatlara pulların yerləşdirilməsi bankın iş sxemindən asılı olur. Yəni banklardan asılı olaraq müxtəlif müddətlər ərzində pulları bankomatlara yerləşdirirlər.
Lakin bankomatda bəzi hallarda bankomatda pul olsa belə kartınızdan vəsait çıxarmaq mümkünsüz ola bilir. Həmçinin indiki zamanda manatın devalvasiyası ilə bağlı dəyişikliklər olması, əhalinin bir hissəsi pulunu çıxarıb valyutasını dəyişməyi bir hissəsi isə elə evində saxlamağı düşündüyü üçün bankomatlardan kütləvi çıxarışların edilməsinə əsas verir.
Misal üçün təsəvvür edin ki, siz aylıq 300 AZN maaş alırsınız. Və ehtiyacınız olmadığı üçün kartınızdan pulu çıxartmayaraq yığırsınız. əgər siz pulunuzu bir il ərzində yığsanız sizin pulunuz 3 600 AZN təşki edəcək. Lakin bu vəsait sizin olduğu halda belə bankomatdan pulunuzu çıxara bilməyəcəksiniz. çünki, bankın şərtlərindən asılı olaraq gür ərzində kartdan pul çıxarışında müvafiq limitlər var. Misal üçün siz bütün pulunuzu çəkmək istəsəniz, bankomat bunu təsdiqləməyəcək. Çünki, bankın qoyduğu limitlər daha aşağıdır.
Bəs kartınızdan istədiyiniz qədər vəsaiti bir dəfəyə çıxarmaq üçün nə etmək lazımdır?
Bunun üçün sadəcə bir çıxış yolu qalır. Bu zaman bankomatlarda növbə gözləməkdən və yaxud bankomatda kifayət qədər vəsaitin olmadığını görüb əsəbləşməkdənsə elə ilk növbədə bankın kartın məxsus olduğu bankın filialına yaxınlaşmağınız məsləhətdir. Bu zaman bankın nümayəndəsi istədiyiniz vəsaiti sizə təqdim edəcək.
Comments are closed.