17 C
Baku
Monday, April 29, 2024

Bankomatlar necə işləyir

Fərz edək ki, sizin nağd pulunuz qurtarıb. Siz yaxınlıqda olan bankomata üz tutursunuz, bank kartınızı daxil edirsiniz və bir neçə əməliyyat yerinə yetirdikdən sonra cibinizin ehtiyyacı olduğu qədər məbləğ ilə geri qayıdırsınız.

Bankomatlar televiziya və İnternet kimi müasir dövrün ayrılmaz bir hissəsinə çevrilib. Amma siz maraqlanmısınızmı ki, bankomatlar necə işləyirlər? Yer kürəsinin müxtəlif yerlərindən öz bank hesabınızdan pulu necə çıxara bilirsiniz? Pulların verilməsini həyata keçirən mexanizmi necə təşkil olunub? 

 Bu məsələləri bankomat istehsalçısı olan şirkətlərin aparıcı mühəndislərindən və texniki direktorlarından xəbər aldıq.

 İşin ümumi sxemi

Bankomat təkcə pulların çıxarışı cihazı deyil, bu eləcədə məlumatın hazırlanması üçün qurğudur. İstənilən yerdə quraşdırılan hər hansı bir bankomat bankomatlar sisteminin idarəetməsini gerçəkləşdirən hesablama mərkəzi (prossesinq) ilə birləşdirilir. Bankomatlar şəbəkəsi konkret bir bank və ya müstəqil xidmət təchizatçısına aid ola bilər.

Siz bankomata kartınızı salıb pin-kodu daxil edərək gərəkli olan əməliyyatı seçəndə, tələbiniz prossesinqə göndərilir, o isə öz məlumatı növbəsində kartı istifadəyə verən müvafiq bank və ya maliyyə təşkilatına ötürür.

Əgər siz pul çıxarışı etmək istəyirsinizsə, prossesinq tələb olunan məbləği sizin bank hesabınızdan elektron köçürmə ilə özünə ötürür. Köçürülmə yerinə yetiriləndən sonra hesablama mərkəzi bankomata pul çıxarışı üçün komanda verir.

Beləliklə, bankomatın iş sistemi bütövlükdə İnternetin göstərdiyi xidmətlərlə eynidir. Siz İnternetə qoşulmaq istəyəndə provayderin serveri ilə əlaqə yaradırsınız, o da öz növbəsində qoşulmanı sizə gərəkli məlumatların var olduğu digər provayderlərə istiqamətləndirir.

İnternetə qoşulmuş kompüterlər kimi bankomatın preossesinqlə əlaqəsi adi telefon xəttlərinin modemlə birləşməsi və ya ayrılmış xəttlərin vasitəsi ilə həyata keçir.
Birinci variant adətən bankomat şəbəkəsi və onların yüklənməsi çox deyil, ikinci isə daha geniş və yüklənmiş bankomatlar üçündür. Bundan başqa, elə banklar var ki, əlaqə vasitəsi kimi radiomodemlərdən istifadə edir.

Hesablama mərkəzinə bankomat nəinki müştərilərin sifarişlərini, eləcə də operatoron nəzarət etdiyi bütün əməliyyatlar barədə məlumatları ötürür.

İlk növbədə, bankomat əvvəlcədən prossesinqi xidmətin vacibliyi barədə xəbərdar edir – məsələn, cihazda pul tükənibsə və ya sistemin işində naqislik baş verirsə.
İkincisi, hesablama mərkəzinə bütün xətalar haqda məlumatlar daxil olur. Bu halda prosessinq özü həll edir ki, xəta qarşısı alınmazdırmı və bankomatın işini dərhal dayandırmaq lazımdır, və ya bu naqisliyi düzəltəm olar.

Məsələn, əgər çek printeri xarab olubsa, bankomat ekranda kağızın yoxluğu xəbərini verə bilər və müştəriyə əməliyyatı davam etməsi təklifini verə bilər.

Daxili quruluş

Bankomat iki əsas hissədən ibarətdir: yuxarı, istifadəçi və aşağı, seyf. Təyinatına görə bankomatlar ofis, küçə və divararası olur. Ofis bankomatları qapalı yerlərdə, küçə bankomatları küçələrdə, divararası olanlar isə binanın həm daxilində, eləcə də xaricində quraşdırılır.

Divararası modeldə müştəri qarşısındakı bankomatı ya bütöv, ya da ki üz tərəfini görür. Belə sərhəd təhlükəsizlik baxımından istehsal olunub: əgər bankomatları küçədə bütünlüklə yerləşdirsəydilər, cinayətkarlar seyfə daha rahat yol tapardılar. Bundan başqa, pulların dəyişdirilməsi böyük təhlükəyə səbəb olardı.

Bankomatın aşağı hissəsində dispenser yerləşdirilib – pul çıxarışı cihazı. Qeyd edək ki, dispenser həm də verilən pulun pəncərəsinə deyilir. Pullar dispenserə xüsusi kasseta ilə yüklənir.

Kassetanın həcmi iki və üç min banknot arası dəyişir. Bir qayda olaraq, kassetlər valyuta ilə tam doldurulur ki, bankomat tez-tez yenilənməsin. Dispenserlər iki, üç, dörd və beşkassetli konfiqurasiyaya malik ola bilər.

Hansi pullar ilə kassetlər doldurulması bankdan asılıdır, çünki onları müxtəlif banknot tipinə banknotun enliliyi və uzunluğuna görə qurmaq olar.

Pullar kassetə yükləndikdən sonra onu xüsusi açarla bağlanır, plomblanır və bankomat yerinə gələn əvvəlki kassetləri çıxarıb yeniləri ilə əvəzləyən inkassatora təhvil verilir.
Bir qayda olaraq, inkassasiya 15 dəqiqədən yarım saatadək vaxt aparır: bankomat özünün bütün qurğularını test edir, təkrarlayır, yoxlayır ki kaseetlərdə pul varmı və prossesinq ilə əlaqə mövcuddurmu. Ancaq bundan salamlama xəbəri ekrana çıxır.

Kasseta dispenserə taxılan kimi o işə düşür: qapaq açılır, pullar isə banknotların çıxarışı üçün nəzərdə tutulan fider qurğusuna tərəf çəkilir.

Hər kassetin öz fideri olur. Əgər banknot kassetin aşağı hissəsindən gəlirsə, o bütün fiderlərdən keçir. Bu halda, əgər bir banknot digərinə ilişirsə fider onu yenidən qaytarır.

Bundan sonra banknot DoubleDetect qurğusundan keçir. Bu qurğu tələb olunan banknotların yoxlanması üçündür: ölçüsü düzdürmü, onların qalınlığı eynidirmi, əyriliyi varmı.

Bu xüsusi datçiklər vasitəsi ilə həyata keçir. Bundan sonra banknotlar xüsusi diverterə düşür, o da hər şey qaydasındadırsa onları toplayıcı qurğuya (staker) göndərir, qüsurun olduğu təqdirdə recekt-kassetə atır və ya digər ifadə etsək, diver-kassetə.

Recekt-kasset pulların çıxarılması üçün nəzərdə tutulub. Dispenserlə brak hesab olunan banknotlar məhz ora daxil olur. Bunlar cırıq, əzilmiş, yapışqan banknotlar və ya kənarı qatlanmış banknotlardır. Pulların çıxarılması vaxtı elektrik sönsə və ya hansısa naqislik baş versə toplanan məbləğ də recekt-kassetə atılır.
Nəhayət, müştəri pullarını götürməyi unuda və ya onları vaxtında götürməyə bilər – bəzi bankomat modelləri pulları avtomatik olaraq müəyyən müddətdən sonra pulları yenidən geri götürür.

Müasir bankomatlarda rahatlıq baxımından, recekt-kasset iki hissədən ibarətdir: birinə “yaxşı” pullar atılır, o birinə isə brak olanlar. Əgər dispenser həddən çox banknot brak üzə çıxarırsa, bu naqislik əlamətidir.

Stakerdə istənilən məbləğ toplananda pullar çıxarış qurğusuna yönlənir.

Qeyd etmək lazımdır ki, datçiklər banknotu bütün əməliyyat boyu, yəni kasset çıxışından dispenser çıxışınadək müşaiyət edir. Fərz edək ki, fider banknotun kassetdən çıxmasını fiksə edir. Əgər o vaxtında stakerə düşmürsə xəta üzə çıxacaq. Bu ona gətirib çıxarır ki, istədiyiniz məbləği ala bilmirsiniz.
İndi də bankomatın yuxarı hissəsinə, yəni elektron içlik olan yerə nəzər salaq. Burada əsas komponent əlbəttə ki, kopmüterdir. Müasir bankomatlarda kompüterlər ən son əməliyyat sistemi olan WindowsXP idrəsində işləyir.

Kompüterdən savayı, yuxarı hissədə kredit kartların (kart-rider) qəbulu və hesablanması qurğusu, eləcə də çek və jurnal printeri yerləşdirilib. Birinci printer çeklərin çıxarılması üçün nəzərdə tutulub, digərinin hafizəsində isə bankomatla bağlı baş verən bütün hadisələr qeyd olunur.
Bankomat sahibi informasiyanı iki il ərzində sirr saxlamalıdır. Əgər müştərinin hər hansı bir əməliyyat barədə şübhəsi olarsa o istədiyi vaxt müəyyən vaxt ərzində qeyd olunmuş jurnalı tələb edə bilər. Ən son bankomat modelləri qrafik printerlərlə təchiz olunub və müştəri hətta A4 formatında məlumatları çap edə bilər – bu bankomatları marketinq aksiyalarının keçirilməsində bankomatlardan istifadəni təmin edir.

Yuxarı hissədə qoruyucu modul yerləşdirilib. Bu qurğu məlumatı kodlaşdırır, çünki kartın pin-kodu prossesinqə yalnız kodlaşdırılmış halda ötürülür. Nəhayət, istifadəçinin gördüyü monitoru, klaviaturanı və şəbəkə indikatorları barədə danışaq.

Bankomat durğunluq vəziyyətində adətən reklam nümayiş etdirir. Müasir bankomatlar şüayaqarşı səthə malik düz ekranlı rəngli monitorlarla təchiz olunur, bu da öz növbəsində ondan istifadə zamanı xoş təsir edir, eləcə də reklamı daha keyfiyyətli göstərir. Monitorun ekranı sensorlu ola bilər – bu halda funksional klaviatura sifarişçinin istəyinə uyğun quraşdırılır.

Yalnız pul çıxarışı üçün nəzərdə tutulan bankomatlardan savayı tamfunksiyalı bankların özünəxidməti mövcuddur. Onlar təkcə hesabdan pul çıxarışı etmək deyil, eləcə də bir hesabdan digərinə pul köçürməsi və digər əməliyyatları yerinə yetirir.

Xüsusi modul – depozitor vasitəsilə vasitələrin qeydiyyatı reallaşır. Siz istənilən informasiyanı daxil edirsiniz, depozitor isə sizə xüsusi konvert verir, hansına ki, pulları qoyursunuz, daha sonra isə konverti qurğunun pəncərəsinə atırsınız.

Son modellər pulları konvertsiz də daxil etməyə imkan verir, bu avtomatik olaraq həqiqiliyi yoxlayandan sonra baş verir. Bundan başqa, depozitorlar (intellektual depozitorlar) çekləri təkmilləşdirə bilərlər.

Təhlükəsizlik

Təhlükəsizlik ilk növbədə bankomatın sahibi üçün vacibdir. Birinci növbədə ona görə ki, qalın dəmir divarlara və kodlaşmış kilidə malik seyf oğruların təcavüzündən mühafizə edir.

Adətən, seyfin yarım ton çəkisi olur, xüsusi müdafiəyə malik bahalı seyflər isə bir ton yarım çəkidədir, bu isə onların sındırılması və minikran ilə oğurlanmasını qeyri-mümkün edir.

Bir vaxtlar seyflərin sadələşdirilmiş variantları istehsal olunurdu. Onlar ucuz idilər və müdafiə səviyyəsi o qədər aşağı idi ki, hətta adi vintaçan ilə bankomatı sındırmaq mümkün olurdu.

Daha sonra, bankomatlar siqnalizasiya və videokamera ilə təchiz olundu. Seyfə icazəsiz daxil olunduğu təqdirdə kassetdə kupyuraları rəngləyən çernil çiləməsi başlayır.

Bankomat xidmətini həyata keçirmək üçün inkassatorlar seyf kodundan başqa özlərində proqramın interfeysinə yol açan xüsusi açar (operator açarı) gəzdirməlidirlər. Çünki kasseti kompüterə müvafiq göstəriş vermədən kasseti çıxarıb taxmaq olmaz.

Xidmət göstərən personal üçün mümkün olan funkiyalar bu açarın mövcudluğu təqdirində məhdudlaşdırılır. Yalnız özünün şəxsi açarı olan proqramçı əməliyyat sistemindən istifadə edə və funksiyaları dəyişə bilər.

Müştərilər üçün də bir neçə təhlükəsizlik səviyyələri mövcuddur. Kartın pin-kodunu yalnız üç dəfə daxil etmək icazəsi var. Əgər üçüncü dəfə daxil olunan pin-kod yalnış olarsa bankomat kartı özündə saxlayaraq onu arxada yerləşən konteynerin kart-riderinə yönləndirir.

Bankomatda kart həm də elektrik kəsilməsi və ya digər naqislik baş verdiyi halda qalır, baxmayaraq ki, arasıkəsilməyən təchizat qurğusu yerinə yetirilən əməliyyatı sonadək başa vurmağa planlaşdırılıb.

Bundan başqa, bankomatlar modelləri güzgülərlə, təchiz olunub ki, müştərilər onların arxasında baş verən hadisələr görə bilsinlər, eləcə də videokameralar, gözaltı baxmalardan qoruyan xüsusi ekran örtülməsi və şifrələyici klaviatura ilə təmin edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər