Kiber təhlükəsizlik sahəsində provayder olan Fire Eye bankomatlar üçün təhlükəli ola biləcək yeni virus aşkar etmişdir. Zərərverici əməliyyat sisteminin köməkliyi ilə fırıldaqçılar ödəniş kartları haqqında məlumatlara giriş əldə edə bilərlər.
Suceful adlı virus bankomatlara hücum üçün unikal təşkil edilib. Təhlükəsizlik sisteminin fırıldaqçıların fəaliyyətini qeydə almaması üçün proqram siqnazlizasiya sistemini sıradan çıxarmaqla yanaşı, bankomatın bütün “giriş qapılarını” açmağa qadirdir.
Bu zərərverici proqramdan bütün növ bankomatlarda istifadə etmək mümkündür.
Hələ ki, kiber cinayətkarlar həmin proqramdan Diebold və NCR markalı bankomatlar üçün istifadə etsələr də, tezliklə təhlükə altında olan potensial bankomat markalarının artacağı istisna deyil.