16 C
Baku
Friday, November 22, 2024

Banqladeş Rusiya-Ukrayna müharibəsinə görə özü üçün təzminat tələb edir

Banqladeş Rusiya-Ukrayna müharibəsinə görə özü üçün təzminat tələb edir.

Bunu Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti zamanı Banqladeşin xarici işlər naziri Əbdül Momen deyib.

O, qeyd edib ki, müharibə xüsusilə enerji mənbələrinin çoxunu idxal edən Banqladeş kimi ölkələr üçün böyük qlobal iqtisadi təsirlərə səbəb olub.

Ukraynadakı müharibədən “qızğın gəlir” əldə edən şirkətlər hərbi əməliyyatlardan zərər çəkmiş zəif inkişaf etmiş ölkələrə kompensasiya ödəməlidir.

“Bu müharibədə bəzi şirkətlər, o cümlədən enerji və müdafiə şirkətləri böyük gəlirlər əldə edirlər. Ona görə də biz iddia edirik ki, artıq mənfəət əldə edən şirkətlər qazanclarının azı 20%-ni bizim kimi ən çox zərər çəkən ölkələrə göndərməlidirlər”, – Momen konkret firmaların adını çəkmədən deyib.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə xüsusilə enerjisinin böyük hissəsini idxal edən Banqladeş kimi ölkələr üçün əhəmiyyətli qlobal iqtisadi nəticələrə malikdir. Xarici işlər nazirinin sözlərinə görə, Banqladeşin enerjisinin təxminən 95%-i idxal olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər