14 C
Baku
Friday, November 22, 2024

Banqladeşin BRICS-ə üzvlük ərizəsi qeydə alınıb

Daha bir ölkə BRICS-ə qoşulmaq üçün müraciət edib. Bu, Cənubi Asiya ölkəsi Banqladeşdir.

“Dhaka Tribune”nin məlumatına görə, Banqladeşin BRICS-ə qoşulması ilə bağlı rəsmi müraciətini ölkənin baş naziri Şeyx Hasina təqdim edib. Banqladeşin xarici işlər naziri Əbdül Momen bildirib ki, məktub hazırda BRICS qrupuna sədrlik edən Cənubi Afrika Respublikasına göndərilib. Ərizə göstərilən təşkilatda qeydiyyata alınıb.

Xatırladaq ki, Banqladeşlə yanaşı, İran, Argentina, Venesuela və bir sıra digər ölkələr BRICS-ə üzvlük üçün müraciət ediblər. Bunun fonunda Braziliya və Argentina prezidentləri Buenos-Ayresin bu gün Braziliyadan əlavə Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın da daxil olduğu qrupa mümkün üzvlüyü ilə bağlı qarşılıqlı fəaliyyəti müzakirə etmək üçün görüşüblər.

Banqladeş kifayət qədər yüksək iqtisadi potensiala malikdir. Yüngül sənayedə işləyən vətəndaşların çoxluğuna görə onu tez-tez “müasir dünyanın tikiş emalatxanası” adlandırırlar. Eyni zamanda, ölkə əlverişli coğrafi mövqeyə malikdir.

Son xəbərlər
Digər xəbərlər