27 C
Baku
Saturday, July 27, 2024

Barak Obamanın kitabı satışların ilk günündə yeni rekorda imza atdı

ABŞ-ın keçmiş prezidenti Barak Obama ilin ən çox satılan kitabın müəllifi ola bilər.

Banker.az CNN-ə istinadən verdiyi məlumata görə, onun “A Promised Land” adlı memuarının birinci cildi ilk satış günündə yeni rekorda imza atıb.

Ümumilikdə, çərşənbə axşamı günü ABŞ və Kanadada 887 min nüsxə satılıb və bu, “indiyə qədər nəşr olunan bütün kitablar sırasında ən yüksək göstərici” olub.

Xatırladaq ki, Barak Obama 2008-2016-cı illər arasında ABŞ prezidenti olub. O, yeni kitabında daxili və siyasi siyasətdəki uğursuzluqlar və qələbələr haqqında xatirələrini bölüşür, uşaqlığından və siyasi arenada necə formalaşmasından bəhs edir.

Daha əvvəl Obamanın “Dreams From My Father” və “Audacity of Hope” adlı iki kitabı nəşr edilib.

Son xəbərlər
Digər xəbərlər