12 C
Baku
Friday, March 29, 2024

Barama istehsalçılarına 2,5 mln. manat subsidiya ödəyəcək

Bu il Azərbaycanda 514 tona yaxın yaş barama istehsal edilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.

Bundan başqa, məlumata görə, yerli kənd təsərrüfatı idarələrindən daxil olan sənədlər əsasında Respublika Komissiyası barama istehsalçılarına 2 490 502,35 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, emal müəssisələri istehsalçıdan yaş baramanın bir kiloqramını 4 manata alır, dövlət isə təhvil alınan baramanın hər kiloqramına görə istehsalçıya əlavə 5 manat subsidiya ödəyir.

Qeyd edək ki, dövlət tərəfindən veriləcək subsidiyaların məbləğinə dair məlumat Kənd Təsərrüfatı Nazirliyinin internet səhifəsində (http://www.agro.gov.az/2018-ci-il-zrr) yerləşdirilib.

– Report

Son xəbərlər
Digər xəbərlər