24 C
Baku
Cümə, Sentyabr 17, 2021

Baramaçılıq və ipəkçilik sahəsində yeni dövlət standartı təsdiq edilib

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda baramaçılıq və ipəkçilik sahəsində beynəlxalq tələblərə uyğun keyfiyyət meyarlarının yaradılması məqsədilə AZS 897-2021 “Tut ipəkqurdunun yaş (diri) baraması” dövlət standartı təsdiqlənib.

Banker.az xəbər verir ki,  bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, dövlət standartını Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu təsdiq edib. Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 145-2005 “Tut ipəkqurdunun diri barmaları. Texniki şərtlər” dövlət standartı qüvvədən düşüb.

Yeni standartın tətbiqi məhsulun keyfiyyətinin artırılmasına və rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə xidmət edəcək.

Standart ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər