23 C
Baku
Thursday, August 11, 2022

“Barbados planı” – Tarixin ən qəribə futbol matçı

Futbol tarixinin ən qəribə futbol qarşılaşması Barbados və Grenada komandaları arasında 1994-cü ildə oynanılıb. Birinci yeri tutmaq üçün Barbados minimum 2 top fərqi ilə qalib gəlməli idi.

Oyunun 83-cü dəqiqəsi gedirdi. Hesab isə 2:1 idi ki, bu da Barbadosun qətiyyən xeyrinə deyildi. Bu zaman məğlubiyyətlə barışmaq istəməyən barbadoslular kifayət qədər ziddiyyətli bir qərar verirlər. Onlar öz qapılarına qol vururlar! Bununla da əlavə 30 dəqiqə oynamaq imkanı qazanırlar.

Bu Barbadosa əlavə edilmiş vaxtda qol vurmağa imkan yaratdı. Qaydalara görə isə, əlavə edilmiş vaxtda vurulan qol “qızıl qol” hesab edilirdi və ikiyə bərabər idi.
Vəziyyəti anlayan grenadalılar öz qapılarına qol vurmağa tələsirlər. Bu zaman Barbados həm öz, həm də rəqib qapısını qorumalı olur.

Son nəticədə Barbadosun planı işə yarayır. Oyun 4:2 hesabı ilə onların xeyrinə başa çatır.

Son xəbərlər
Oxşar xəbərlər