11 C
Baku
Wednesday, December 11, 2024

“Barcelona” klubu maliyyə problemləri səbəbindən əsas oyunçusunu satır

Fransız futbolçu Antuan Qrizmann yay transferi pəncərəsində İspaniyanın “Barselona” komandasını tərk edə bilər.

Bu barədə Report “Marca”ya istinadən xəbər verir.

Qeyd edilir ki, komandanın Direktorlar Şurası 30 yaşlı hücumçunun saxlanılmasının zəruriliyinə əmin deyil. Klub koronavirus pandemiyasının səbəb olduğu maliyyə problemləri sınağı ilə üzləşib. Qrizmanın satışı yalnız büdcəni doldurmayacaq, həm də “Barselona”nın maaş siyahısını tənzimləyə bilər.

Klub hücumçunu transfer bazarına çıxarıb. Ancaq “Barselona”nın rəhbərliyi əlverişli təklifi gözləməyi planlaşdırır, axı oyunçu 120 milyon avroya alınıb.

Qrizmann 2019-cu ildən “Barselona”da çıxış edir. O, kluba “Atletiko”dan keçib. Otuz yaşlı hücumçu başa çatan mövsümdə Primerada 36 matç keçirib, 13 qol (1 qol penalty ilə) vurub və 7 məhsuldar ötürmə edib.

 

Son xəbərlər
Digər xəbərlər