Barclays analitikləri hesab edirlər ki, xammalın çox növləri qiymətlərin bərpa olunmasını gözləyirlər. Banker.az bu barədə xarici KİV-ə istinad edir.
Onların sözlərinə görə, 2019-cu ilin ikinci rübündə misin qiyməti bir ton üçün $6550 qədər yüksələcək, sonra isə ilin ikinci yarısında aşağı düşərək, nəticədə, gələn il üçün orta qiymət bir ton üçün $6263 təşkil edəcək.
Lakin, ticarət müharibələri ilə bağlı narahatlıqların yenidən güclənməsi və inkişaf edən bazarların zəifliyi üst-üstə düşdüyü halda, qiymətlərin ton başına $5,500-a qədər aşağı düşməsi proqnozlaşdırılır.
Ekspertlər hesab edirlər ki, neftin qiyməti birinci rübdə $75, ümumilikdə isə 2019-cu ilin sonuna qədər orta hesabla $72-a bərabər olacaq. Eyni zamanda onlar il ərzində bazarın dəyişkənliyini gözləyirlər, bu, 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəniz nəqliyyatında istifadə edilən yanacaqda kükürdün 0,5%-i aşmamasına dair qəbul etdiyi yeni normativ ilə bağlıdır.
Barclays hesab edir ki, təbii qaz hasilatın həcminin əhəmiyyətli dərəcədə tələbatı üstələməsi qiymətlərə təzyiq göstərəcək. Analitiklərin fikrincə, 2019-cu ildə orta qiymət 1 milyon ingilis istilik vahidi (BTU) üçün $2,92 təşkil edəcək.