7 C
Baku
Tuesday, December 17, 2024

“Barclays” 2025-ci il üçün neft qiymətləri ilə bağlı proqnozu aşağı salıb

“Barclays” neft qiymətləri ilə bağlı proqnozunu azaldıb, lakin “gələcək profisitlə bağlı narahatlıqlar artmağa davam edir”, bu barədə bank ekspertlərinin analitik qeydlərində deyilir.

Onların fikrincə, Asiyada tələb üçüncü rübün zəif dövründən sonra bərpa olunub, istehsal sektorunda qlobal işgüzar aktivlik indeksləri sabitləşib və ABŞ-də istehsal artımı yavaşlamağa davam edir.

Bununla belə, “Brent” markalı neftin 2025-ci il üçün proqnozu bir barel üçün 85 dollardan 83 dollara, “WTI” markalı neftin qiyməti isə 81 dollardan 79 dollara endirilib.

Bazar ertəsi, dekabrın 16-da “Brent” nefti 74.1 dollar/barel, “WTI “markalı xam neft isə təxminən 71 dollar/barelə satılıb.

Son xəbərlər
Digər xəbərlər