13 C
Baku
Saturday, May 18, 2024

Barmaqlarınız xarakterinizdən necə xəbər verir?

Aşağıda haqqınızda çox şey deyəcək sadə testi diqqətinizə çatdırırıq. Hər şey çox sadədir. Əlinizə baxın, işarə və adsız barmaqlarınızın uzunluğunu müqayisə edin.

a) İşarə barmağı adsız barmaqdan qısa olduqda:

Bu insanlar daha cəlbedici, ünsiyyətdə xoş rəftarlı və karizmatikdirlər. Onlar digər insanlardan daha qərarlı, riskə meyillidir və yaranmış problemlərin öhdəsindən asanlıqla gəlirlər. Bundan əlavə, belə insanların əsas keyfiyyətlərindən biri – müsahibinin dərdinə şərik olmağı yaxşı bacarmaqdır. Onlar yaxşı mühəndis, alim və krosvord həll edənlərdir.

b) İşarə barmağı adsız barmaqdan uzun olduqda:

Bu insanlar özünəinamlı və özünə bəs edənlərdir. Onlar öz varlıqları ilə kifayətlənir və boş şeylərə görə narahat edilməyi qətiyyən sevmirlər. Onlar heç bir münasibət, ünsiyyət və biznesdə ilk addımı atmazlar. Lakin bununla belə diqqətə böyük əhəmiyyət verir və tərifi böyük həvəslə qəbul edirlər.

c) İşarə və adsız barmaq eyni ölçüdə olduqda:

Bu cür barmaq quruluşuna sahib olan şəxslər sülhsevər, xoşxasiyyətli olmaqla mübahisəli vəziyyətləri sevmirlərş Onlar həyat baxımından yaxşı təşkil olunub və hər şeyi qaydasına salmağı bacarırlar. Onlar münasibətlərdə sadiq, işlədiyi şirkətə etibarlıdırlar. Lakin onlarla bir o qədər də ehtiyatlı olmaq lazımdır. Qəzəblərindn qorxun.

Son xəbərlər
 ⁠
Digər xəbərlər

6 ŞƏRH

Comments are closed.