22 fevral 2017-ci il tarixində Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edən cənab Vüqar Namazov ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Böyük Britaniyanın səfiri Dr.Karol Krofts. Ticarət və Enerji şöbəsinin müdiri xanım Jaki Mulen və İqtisadi və Siyası Məsələlər üzrə Müşavir Emin Məmmədli iştirak etmişdir.
Görüş zamanı Böyük Britaniyanın London Fond Birjası ilə əməkdaşlıq məsələləri, qarşılıqlı layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılmışdır.
V.Namazov Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin fəaliyyətinin böyük hörmətə layiq olduğu vurğulayıb, iki ölkə arasında iqtisadi və ticarət ələqələrinin daha da güclənməsi istiqamətindəki addımlarını yüksək qiymətləndirib.
Sonda Baronessa Emma Nikolson Bakı Fond Birjası rəhbərliyini London Fond Birjasında qarşılıqlı əməkdaşlıq istiqamətində görüşlər keçirilməsi məqsədilə Britaniyaya səfərə dəvət edib.