Maliyyə fırıldaqçıları içərisində Barri Minkovun bioqrafiyası xüsusi olaraq seçilir. Barri 16 yaşı olduqda ABŞ-ın ən gənc milyonçusuna çevrilir. 1987-ci ildə, onun 20 yaşı tamam olduqda sahib olduğu ZZZZ Best şirkətinin kapitalizasiyası 280 milyon dollar təşkil edirdi. Sahibkar öz uğurları haqqında mühazirələr demiş və kitablar yazmışdı.
1988-ci ildə jurnalistlər belə aşkar edirlər ki, Minkovun şirkəti faktiki olaraq mövcud deyil və o IPO həyata keçirmək üçün bir neçə min sənədi saxtalaşdırıb.
İlk baxışdan Barri Minkovun milyonçu olacağını təxmin etmək çətin idi. 1967-ci ildə Rezeda adlı kiçik Amerika şəhərində dünayaya gələn Minkov elə burada məktəbə gedir.
Minkovun 9 yaşı olduqda anası onu özü ilə birgə işə aparır. Bir neçə həftədən sonra Barri elə həmin, xalça yuyulması ilə məşğul olan şirkətdə telemarketoloq vəzifəsində işə düzəlir. Onun bu biznesi sevdiyini demək olmaz. Lakin Barri məktəbi bitirdikdə xalça yuyulması ilə məşğul olan ZZZZ Best şirkətinin əsasını qoyur. O şirkəti üçün məkan olaraq atasının qarajını seçmişdi və bunun qarşılığında kiçik icarə haqqı ödəyirdi.
Biznesin işləri yaxşı getmirdi. Minkov hələ yetkinlik yaşına çatmadığı üçün iki bank ona bankda hesab açmaqdan imtina edir. Gənc sahibkar hesablara imza ata bilmədikdə vəziyyət daha da qəlizləşir. ZZZZ Best şirkətinin xidmətləri də müştərilər tərəfindən narazılıqla qarşılanırdı. Bundan əlavə, Minkovu lazımi təchizatla təmin edən məhsul təminatçıları da pullarını vaxtında ala bilmədikləri üçün Minkovdan şikayətçi idilər.
Minkov böyük gəlir əldə etmək üçün fırıldaqçılığa baş vurur. O ZZZZ Best şirkətinin saxta qarət halını təşkil edir və sığorta şirkətindən təzminat alır. O bu sxemdən bir neçə dəfə istifadə edir. Şirkətə vurulan “zərər” ciddi olduğundan sığortadan əldə edilən əhəmiyyəti gəlir ZZZZ Best şəbəkəsini genişləndirməyə, yeni əməkdaşlar tapmağa və atasının qarajından köçməyə imkan verir.
Çox saylı fırıldaqçılıq əməllərinə baxmayaraq sahibkar cəzasız qalır və bu da onu daha böyük fırıldaqçılıqlar etməyə sövq edir. Minkov ZZZZ Best şirkətini sığorta şirkətlərinin sövdələşmələrini yerinə yetirən bir şirkət olaraq təqdim edərək banklardan kredit almağa başlayır.
Onun bu fırıldaqçılıq əməlini həyata keçirməsinə isə sığorta agenti olan Tom Pedjet köməklik edir. Bankdan zəng etdiklərində dəstəyi məhz o götürürdü. Pedjet hər bir belə müqavilə üçün 100 dollar əldə edirdi, Minkov isə kreditdən cəlb etdiyi gəlirləri toplayırdı. Nəticədə şəriklər bank əməkdaşlarını bütün lazımi məlumat ilə təmin edən saxta Interstate Appraisal Services şirkətini yaradırlar. ZZZZ Best şirkəti doğurdan da xalaçaların yuyulması işi ilə məşğul olurdu. Lakin problem onda idi ki, şirkətin gəlirinin 84%-ni heç vaxt mövcud olmayan sığorta şöbəsi qazandırırdı.
Barri Minkovun bioqrafiyasında hər yeni mərhələ daha böyük fırıldaqçılıq ilə müşayiət olunur. Sahibkar yenidən pula ehtiyac duyur və 1985-ci ildə Los-Angelos biznesmeni, təşkilati cinayətkarlıq ilə əlaqəsi olan Cek Kateyn-dən borc əldə edir.
Minkov Kateynə borcunu qaytarmaqdıqda o cinayətkar nüfuzuna baxmayaraq sahibkarı məhkəmə yolu ilə cəzalandırmaq qərarına gəlir. Lakin məhkəmə prosesi baş tutmur. Çünki Kateyn 1987-ci ildə ürək tutmasından dünyasını dəyişir.
Minkovun cinayətkarlarla əlaqəsi bununla yekunlaşmırdı. ZZZZ Best şirkətinin nəhəng səhmdarlarından biri Moris Rind idi. O 1976-cı ildə qiymətli kağızlarla fırıldaqçılıq əməlinə görə ittiham olunmuşdu. Barrinin digər partnyoru zinət əşyalarının oğurluğuna görə həbs həyatı yaşamış Robert Vidciano idi.
Kifayət qədər məbləğ toplayan Barri öz şirkətinin səhmlərinin ilkin yerləşdirilməsi (IPO) ilə məşğul olmaq qərarına gəlir. Bunun üçün o 20 mindən çox sənədi saxtalaşdırır. 1986-cı ilin dekabr ayında şirkət IPO-a çıxdıqda Minkov onun səhmlərinin 53%-nə sahib idi. 1987-ci ilin yazında ZZZZ Best şirkəti 200 milyon dollar olaraq qiymətləndirilmişdi. O kağız üzərində olsa da, multimilyonçuya çevrilir. Lakin bu ona dəbdəbəli həyat tərzi sürməyə mane olmur. Sahibkar qırmızı Ferrari və Los-Angelosun bahalı qəsəbələrindən birində ev alır.
Minkov sürətlə uğur nail olduğu kimi, sürətlə də uçuruma doğru gedir. ZZZZ Best şirkətinin müştərisi olan bir qadın mütəmadi olaraq şirkətdən şikayət edir və kartından tələb olunandan artıq bir neçə dollar da çıxıldığını iddia edir. Bu ilk belə hal deyildi və bundan əvvəl şirkət müştərilərinə həmin məbləği geri qaytarmışdılar. Lakin hansısa səbəbdən bu qadının tələbi rədd edilirdi.
Belə olduqda qadın bütün Los-Angelos boyu gəzir və ilkin mərhələdə ZZZZ Best şirkətinin qurbanı olan daha bir neçə nəfər də tapır. O bütün topladığı məlumatları Los Angeles Times nəşrinə göndərir. 22 may 1987-ci ildə nəşr şirkətin tranzaksiyalarla bağlı fırıldağına aid yazı dərc edir.
Ceyms Riçman kartından əlavə olaraq 1690, Barbara Li isə 1600 dollar çıxarıldığını iddia edirdi. Məqalədə buna oxçar daha bir neçə hal qeyd edilir. Bu yazı ZZZZ Best şirkətinin səhmlərinin 1 gün ərzində 28% enməsinə kifayət edir. Banklar ona verdiyi borcu geri çəkməklə təhdid edirdilər.
Los Angeles Times-in araşdırması digər jurnalistləri də şirkətlə bağlı araşdırma aparmağa həvəsləndirir. 1988-ci ilə qədər şirkətin fırıldaqçılığı ilə bağlı bir neçə material da aşkar edilir və həmin ilin yanvar ayında Minkov və ZZZZ Best şirkətinin 10 əməkdaşı məhkəmə qarşısına çıxır. Onlar fırıldaqçılıq, reket, qiymətli kağızlarla maxinasiyalar, çirkli pulların yuyulması, vergidən yayınma da daxil olmaqla 54 fırıldaqçılıq halında ittiham edilirdi.
14 dekabr 1988-ci ildə Minkov qeyd edilən 53 fırıldaqçılıq halının hər biri üzrə təqsirli bilirnir və 25 illik həbs cəzasına layiq görülür.
Sahibkar türmədə dinə üz tutur və türmə xristian dini icmasına daxil olur. Minkov 1995-ci ildə azadlığa buraxılır. Sahibkar Kaliforniyada Çetsvort şəhər kilsəsində keşiş olur. Sahibkarın sakit həyatı cəmi 2 davam edir. 1997-ci ildə kilsə üzvlərindən biri yaxınlıqda yerləşən maliyyə şirkətlərindən birinin fəaliyyətinə göz gəzdirməyi təklif edir. Minkov sənədlərə baxır və rəqəmlərdə səhv olduğunu aşkar edir. O bu haqda hökümətə xəbər veri və belə aydın olur ki, şirkət ümumi 300 milyon dollar yatırım ilə maliyyə piramidasıdır.
Bu hal Minkovun yeni fəaliyyətinin əsası olur. Təcrübəli maliyyəçi və fırıldaqçı olan Minkov Fraud Discovery Institute adlı kommersiya təşkilatı yaratmaq qərarına gəlir. Təşkilat fırıldaq sxemləri aradırmaq ilə məşğul idi.
Minkov 2009-cu ildə Lennar şirkəti haqqında hesabat təqdim edir. Hesabata əsasən şirkət səhmdarlardan sənədlərin gizlədilməsində, fırıldaqçılıqda və Ponçi sxemindən istifadə etməkdə günahlandırılırdı. Bu zaman Lennar şirkəti Minkovu məhkəməyə verir. Məhkəmə istintaqı nəticəsində belə məlum olur ki, Minkov hələ hesabatı təqdim etmədən öncə Lennar şirkətinin opsionlarını 20 dollara alıb və onların qiymətinin enəcəyinə pul yatırıb. Məhkəmə posesi iki il davam etdi və Minkov 2011-ci ilin iyul ayında 5 il azadlıqdan məhrum edilir və 583 milyon dollar təzminat ödəməyə təhkim edilir.
Lakin bununla onun fırıldaqçılıq silsiləsi başa çatmır. KGTV telekanalı 2011-ci ilin iyun ayında kilsə üzvlərinin bir neçəsindən müsahibə götürür və belə məlum olur ki, Minkov onlarından əksəriyyətindən pul mənimsəyib.
2014-cü ilin yanvar ayında Minkov özünü ütün fırıldaqçılıq əməllərinə görə təqsirli olduğunu etiraf edir. 3 aydan sonra o 3,4 milyon təzminat ödəməyə və 5 illik həbs cəzasına layiq görülür və digər cəzası başa çatdıqdan sonra qüvvəyə minəcək.