32 C
Baku
Tuesday, July 23, 2024

Barselona 2028-ci ildən turistlərə mənzil kirayə götürməyi qadağan edəcək

Barselona hakimiyyəti elan edib ki, 2028-ci ilin noyabrına qədər şəhər turistlərə hazırda icarəyə verilən yaşayış obyektləri üçün qısamüddətli icarə lisenziyalarını ləğv edəcək. Bu tədbirlə İspaniyanın çox məşhur şəhərinin səlahiyyətliləri mənzil qiymətlərinin qalxması problemini həll etməyə və Barselonanı yerli sakinlər üçün rahat etməyə ümid edirlər.

Hazırda Barselonada 10 101 yaşayış obyektinin qısamüddətli icarə lisenziyası var. Minlərlə turistin bu şəhərə axını ilə yaşayış obyektlərinə tələbat yüksəlir və kirayə qiymətləri daim artir – son on ildə 68%. Buna görə də, bir çox şəhər sakinlərinin artıq mənzili kirayələmək və ya almaq imkanı yoxdur. Barselona meri Jaume Kolboninin sözlərinə görə, mənzillərin əlçatanlığı xüsusilə gənclər arasında bərabərsizliyin faktoruna çevrilib.

Hotellər şəhər rəhbərliyinin qərarından faydalanacaqlar, çünki tələb artacaq. Eyni zamanda, qadağa yaşayış binalarının qanunsuz icarəsi hallarının artmasına səbəb olacaq. Turistlərin çoxluğu və mənzil qiymətlərinin artması səbəbindən oxşar məhdudiyyətlər daha əvvəl Kanar adaları, Lissabon və Berlində də tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər