18 C
Baku
Thursday, May 16, 2024

“Barselona” səhmlərinin 49 faizi ərəblərə satıla bilər

Qətər və ya Səudiyyə Ərəbistanı investorları “Barselona”nın bir hissəsini ala bilərlər.

Məlumata görə, katalon klubu öz hüquqi formasını dəyişməyi düşünür.

Hazırda “Barselona” formal olaraq qeyri-kommersiya təşkilatıdır və tamamilə klubun üzvlərinə (sosioslara) məxsusdur.

Kataloniyalıların maliyyə problemlərini həll etmək üçün klubun 49%-ni özəl kapital fonduna satmağı düşündüyü bildirilir. Bu məqsədlə “Barselona” prezidenti Joan Laporta son həftələrdə Səudiyyə Ərəbistanına səfər edib, hazırda isə Qətərdədir.

Qeyd olunur ki, klub qarışıq mülkiyyət modeli variantını araşdırır. Bu halda, klubun əksəriyyəti yenə də son sözü deyəcək “sosios”lara məxsus olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər