25 C
Baku
Thursday, July 10, 2025

“Barselona”nın Bakıda akademiyası açılacaq

Bu gündən etibarən “ASK Arena” futbol stadionunda yenidənqurma işlərinə start veriləcək. Bu işlər “Barselona” futbol klubunun uşaq futbol məktəbinin ölkəmizdə planlaşdırılan açılışı çərçivəsində həyata keçirilir.

Sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydançanın, eləcə də sahəsi 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması “AzFar” şirkəti tərəfindən icra olunacaq.

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi də nəzərdə tutulur:

1. Futbol meydançalarının işıqlandırılması üçün nəzərdə tutulmuş lampaların müasir tələblərə uyğun şəkildə yenilənməsi;

2. İdmançılar və klub heyəti üçün nəzərdə tutulmuş soyunub-geyinmə otaqlarının, sanitar qovşaqlarının, texniki və yardımçı otaqların əsaslı təmiri;

3. Yuxarıda qeyd olunan otaqların yerləşdiyi inzibati sahədə havalandırma və kondisionerləşdirmə sistemlərinin qurulması və tam şəkildə istismara verilməsi.

Mənbəbaku.ws
Son xəbərlər
Digər xəbərlər