8 C
Baku
Thursday, December 12, 2024

Baş anderayter – PAŞA Sığorta

PAŞA Sığorta” ASC namizədləri Baş anderayter vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Portfeli qorumaqla uyğun sığorta paketini tətbiq etmək və zərərlilik hesabatlarını tərtib etmək üçün maksimum məlumat toplayaraq riskləri müəyyən etmək;
• Riskin səmərəli qiymətləndirilməsi üçün ətraflı məlumatı toplamaq və dəyərləndirmək;
• Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında müəyyən bir riski qəbul və ya imtina etmək;
• Riski dəyərləndirmək və riskə əsasən ən uyğun tarif və şərtlər müəyyən etmək; 
• Aktuari və birbaşa rəhbər ilə birlikdə zərər nisbəti hesabatı prosesində iştirak etmək və cari zərər nisbətini təhlil etmək;
• Birbaşa rəhbərin nəzarəti altında tarif sistemini təşkil etmək;
• Riskin təkrarsığortaya ehtiyacı olub olmadığına qərar vermək.

BİLİK VƏ BACARIQLAR

• Ali təhsil (hüquq və ya iqtisadiyyat istiqamətləri üzrə ali təhsili olanlara üstünlük verilir);
• Kompyuter bilikləri: Microsoft Office təminat proqramları paketi üzrə yüksək səviyyədə bacarıqların olması;
• Dil bilikləri: Azərbaycan və ingilis dillərinin sərbəst istifadə etməsi bacarığı, rus dilinin işlək səviyyədə olması.
• Sığorta biznesində, müştərilərlə işləmə bacarığı daxil olmaqla, ən azı 3 ilə qədər iş təcrübə olması.

Son müraciət tarixi: 28 fevral, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Digər xəbərlər