“Bu ilin birinci rübündə orta illik inflyasiya 2.2 % olub”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov ilin sonuna olan proqnozları da açıqlayıb:
“Apreldə yenilənmiş proqnozlara görə, inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapazonunda formalaşacağı gözlənilir. Neft qiymətləri 62 ABŞ dolları üstələyib və beynəlxalq maliyyə institutlarının da proqnozuna görə, cari səviyyədə qalacaq”.