Baş bankir Azərbaycanda “kapital bazarı inkişaf etməyib” deyir

0
AMB-nin sədri Elman Rüstəmov, © Report/ Firi Salim

“Birjada listinqdə olan şirkətlərin çoxu heç bir əməliyyat aparmır”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Araşdırma aparırıq və görürük ki, birjada listinqdə olan şirkətlərin çoxu heç bir əməliyyat aparmır. Biz hökumətlə birlikdə baxıb çempion müəssisələr tapmalıyıq ki, onlar kapital bazarına çıxmağa hazır olsunlar və öz səhmləri ilə bu bazardan vəsait cəlb etsinlər”, – deyə o, qeyd edib.