2 C
Baku
Saturday, December 14, 2024

Baş bankir banklara “dollar satışı” ilə bağlı məhdudiyyətin qoyulmadığını bildirir

“Biz maraqlıyıq ki, valyuta bazarda satılsın”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov videoformatda olan mətbuat konfransında deyilir.

AMB sədri qeyd edib ki, “valyuta bazarı ilə bağlı siyasətimiz liberaldır”.

Bununla bağlı Mərkəzi Bankına sual ünvanlanaraq banklara valyuta satışında limitlərin tətbiq olunması bildirilmişdi.

AMB sədri bildirib ki, hazırda valyuta bazarında defisit deyil, profisit var.

Mərkəzi Bankın sədri Elman Rüstəmov suala Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyeva yönəldib.

Toğrul Əliyevin suala verdiyi cavabdan belə çıxır ki, dollar alışına limitin tətbiq edilməsi, bununla əlaqədar elektron sistemin yaradılması Mərkəzi Bankın addımı deyil:

“Qanunvericiliyin tələbinə uyğun olaraq banklar tərəfindən aparılan əməliyyatların mahiyyəti, məqsədi və s barədə tələblər mövcuddur. Eyni zamanda, banklar daxili nəzarət sistemlərini, risklərin idarə edilməsi sistemlərini formalaşdırmalıdırlar. Sizin qeyd etdiyiniz məqamlar bankların daxili nəzarət sistemlərindən irəli gələn məsələlərdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq nağd əməliyyatlar barədə Mərkəzi Banka məlumatların təqdim edilməsi tələbi mövcuddur. Valyuta əməliyyatları ilə bağlı da banklar öz daxili nəzarət sistemlərindən irəli gələrək müvafiq tədbirləri görməlidirlər. Bundan başqa tələb mövcud deyildir”.

Toğrul Əliyevin sözlərinə görə, nağd valyuta əməliyyatları riskli əməliyyatlardır:

“Banklar daxili nəzarət sistemlərinə müvafiq olaraq xüsusi tədbirlər görürlər, həmin əməliyyatların mahiyyəti və məqsədi barədə məlumatları dəqiqləşdirirlər. Əgər hər hansı bir vətəndaş almaq istədiyi xarici valyuta üçün banka təqdim etdiyi manat vəsaitlərinin necə əldə olunması, məsələn, ev satışı, əməkhaqqı, depozit hesabından məxaric və s. sənədlər təqdim etdikdə məhdudiyyətsiz valyuta əməliyyatlarını apara bilərlər. Yəni, sadəcə olaraq banklar qanunvericiliyin tələbinə uyğun olaraq eyniləşdirmə, məqsədi və mahiyyəti barədə dəqiqləşmələr apardıqdan sonra bu əməliyyatları icra edirlər. Əgər hər hansı bir əlavə spekulyativ yollar, “qara bazara” xidmət edən hərəkətlər olduğu təqdirdə banklar bu əməliyyatların aparılmasından imtina edirlər və müvafiq qaydada məlumat təqdim edirlər. Bu qanunvericilik tələbləri birinci gün deyil ölkədə mövcuddur, əvvəllər də olub”.

Son xəbərlər
Digər xəbərlər