6 C
Baku
Thursday, December 18, 2025

Baş bankir bildirir ki, kiriptovalyuta “alov”u sönür

“Dünyadakı kriptovalyuta “alov”u sönməyə başlayıb”.

Banker.az Reporta istinadla xəbər verir ki, bunu Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina yeni maliyyə texnologiyaları ilə bağlı Soçidə keçirilən biznes-forumda deyib.

Onun sözlərinə görə, artıq biznes blokçeyn texnologiyalarının tətbiqinə daha ehtiyatla yanaşır.

“Biz bu mövzuda 4-ü forumu keçiririk. Bu müddətdə kriotopvalyuta “alovu”u yüksəlməyi bacarsa da, xoşbəxtlikdən artıq azalmağa başlayıb”, – deyə, o qeyd edib.

E.Nabiullinanın sözlərinə görə, son illərdə yeni maliyyə texnologiyalarının anlaşılmasında dəyişikliklər baş verib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə bildirib ki, kriptovalyutalar ətrafında ajiotaj sona çatmaq üzrədir.

Son xəbərlər
Digər xəbərlər