2020-ci ildə manatın məzənnəsi öz dinamikasını qoruyacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə görüşündə deyib. Onun sözlərinə görə, manatın məzənnəsinin dinamikası bu il də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.
E.Rüstəmov, həmçinin qeyd edib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib: “Bu göstərici ölkənin xarici borcundan 5 dəfə çoxdur və ümumi daxili məhsul səviyyəsindədir”.