“Təssüf edirəm, qanunvericiliyin tələbi belədir.”
Bu gün keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov lisenziyaları ləğv edilmiş “AtaBank” və “Amrahbank”da iş adamlarının cari hesabların dair şərhində deyib.
“Bu banklarda hesab açmaq iş adamlarının öz seçimləri idi. Əmanətlərin Sığortalanması Fondu ilk növbədə qorunan əmanətləri qaytaracaq. Sonra qanunvericiliyə əsasən növbəlilik var. Əgər vəsait olacaqsa onlara da növbəlilik prinsipi ilə vəsaitləri ödəniləcək”.