15 C
Baku
Sunday, May 5, 2024

Baş direktor: “Ziraat Bank” Azərbaycanın maliyyə bazarının inkişafına kömək etmək niyyətindədir

“Ziraat Bank” iki qardaş ölkə – Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Bunu Bakıda “Ziraat Bank”ın baş ofisinin açılışında bankın baş direktoru Hüseyn Aydın deyib.

Onun sözlərinə görə, “Ziraat Bank” Azərbaycana yerli bazarda pay götürmək üçün, ölkənin maliyyə bazarının inkişafına kömək etmək üçün gəlib.

O vurğulayıb ki, “Ziraat Bank Azərbaycan” “Ziraat Bank” maliyyə qrupunun vacib hissəsidir.

© Trend

Son xəbərlər
 ⁠
Digər xəbərlər