12 C
Baku
Saturday, November 23, 2024

Baş Dövlət Yol Polisi İdarəsi sürücülük vəsiqələri üçün 28 milyon manat xərcləyəcək

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi “Bakinity Distribution” MMC ilə 28 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının hazırlanması üçün lazım olan xüsusi materiallar, avadanlıq və ehtiyyat hissələrinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 27 896 560 manatdır.

Son xəbərlər
Digər xəbərlər